Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Avropa da, ABŞ kimi, Ukraynada müharibənin dondurulmasında maraqlıdır

    4 days ago

    4

    0

    Avropa Rusiyanın Ukrayna ərazilərini qanuni şəkildə ilhaq etməsinə razılıq verə bilməz, çünki bu, Avropanın təhlükəsizlik sistemini ciddi şəkildə sarsıdar. Bu səbəbdən Avropa Krımı rəsmi şəkildə Rusiya ərazisi kimi tanıya bilməz — yəni bu addımı Avropa Parlamenti və digər hüquqi institutlar vasitəsilə leqallaşdırmaq mümkün deyil. Digər tərəfdən, ABŞ-da da bu cür tanınma ciddi siyasi maneələrlə üzləşərdi. Belə bir qərarın qəbul olunması Konqresin təsdiqini tələb edir və bir neçə respublikaçı bu ideyanı dəstəkləməsə (belə siyasətçilər var), Nümayəndələr Palatasında səsvermənin nəticəsi Trampın istədiyi kimi olmaya bilər — xüsusən də respublikaçıların çox az səs üstünlüyü olduğu şəraitdə. Daha bir strateji məsələ isə ondan ibarətdir ki, Trampdan fərqli olaraq, Avropa Rusiyayla iqtisadi əlaqələri bərpa etmək niyyətində deyil. Bu, Avropanın təhlükəsizlik balansını poza bilər. Hazırda Avropa demək olar ki, artıq Rusiya qazı və neftini almır və bu asılılığı tamamilə sıfıra endirməyə çalışır. Eyni zamanda, Avropa sanksiyaları yumşaltmaq yox, əksinə, daha da gücləndirmək niyyətindədir. Hətta ABŞ Şimal Axını 2 layihəsini bərpa etsə belə, Almaniyanın razılığı olmadan Rusiya qazı Avropaya idxal olunmayacaq. Almaniya kansleri Merts isə Rusiyaya yardım etmək niyyətində olan bir liderə bənzəmir. Bundan əlavə, bu gün Ukrayna prezidenti Zelenski bildirib ki, Krımın Rusiya ərazisi kimi tanınması Ukrayna tərəfindən mümkün deyil. Bu, tamamilə rasional yanaşmadır. Ukrayna Ali Radasının Konstitusiyanı dəyişdirərək Krımı Rusiya ərazisi kimi tanıması üçün ardıcıl iki sessiyada 2/3 səs toplaması tələb olunur və bu, real görünmür. Belə bir addım istənilən siyasi qüvvə üçün siyasi intihar olardı. Və düşünmürəm ki, hətta Tramp belə Ukraynanı buna məcbur edə bilsin. Politoloq Kamran Cəfərov visiontv.az
    Click here to Read more
    Prev Article
    Azərbaycanlı rejissor Bişkekdə ustad dərsi keçib
    Next Article
    "Axmat"ın komandiri: "Çubays kimilər olmasaydı, SSRİ dağılmaz və Çeçenistan müharibəsi olmazdı"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment