Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Avropa Birliyi ilə İranın bizim regionda maraqları üst-üstə düşür

    1 week ago

    2

    0

    Bilmirəm həmən görüşdə İran xüsusi təyinatlılarının “ya Fatimeyi-Zəhra" hayqırtıları altında məscidləri yerlə yeksan edən, içində donuz saxlayanlarla birgə təlimləri haqda da danışılıbmı? Amma bu təlimlərin qərbdəkiləri, ilk növbdədə də fransızları narahat etmədiyi, əksinə vəcdə gətirdiyi Olivye Dekotininin sosial şəbəkədəki paylaşımından da görünürdü. Söhbət Fransanın Ermənistandakı səfirindən gedir. Səfir İran-Ermənistan birgə təlimlərindən dərhal sonra ölkəsinin xarici işlər naziri Jan-Noel Barrota istinadla Avropa Birliyinin Ermənistandakı casus missiyasının daha da genişləndiriləcəyinə ümüid etdiyini bildirirdi. Mən burada bir neçə dəfə qeyd etmişəm, yenə vurğulayıram ki, Dekotininin Ermənistanda ən sıx əlaqə saxladığı adam heç də hər hansı hay rəsmisi yox, İranın Ermənistandakı həm də səfiri, hələ Yaxın Şərqdən yaxşı tandıdığı Mehdi Sübhanidir. Belə anlaşılır ki, Avropa Birliyi ilə İranın bizim regionda maraqları üst-üstə düşür. Bu maraqların arxasında onların sözdə dedikləri kimi sülh niyyətinin gizləndiyi isə elə də inandırıcı görünmür. Çünki İran Ermənistanla birgə təlimləri qarşı tərəfin şərti sərhəddə atəşkəsi intensiv şəkildə pozmağa başladığı bir vaxtda oldu. Birgə təlimlərdə məqsədin heç də təqdim edildiyi kimi “şərti terrorçu qrupların sərhəd-keçid məntəqələrinə hücumlarını zərərsizləşdirmək” olmadığı İranın bizim region üzrə ixtisaslaşan və SEPAH-a bağlı ekspertlərindən biri Ehsan Movahidianın açıqlamasında da etiraf edilir. Movahidian bildirir ki, onlar əqidə qardaşlarıyla bu təlimləri “qırmızı xətt” məntiqindən çıxış edərək keçiriblər. O deməsə belə, terrora dəstək və onu dövlət siyasətinə çevirməklə bağlı adları ən çox hallandırılan iki ölkənin guya “şərti terrorçu qrupların sərhəd-keçid məntəqələrinə hücumlarını zərərsizləşdirmək” məqəsdilə birgə təlim keçirdiklərini bildirmələri ən yaxşı halda acı gülüş doğururdu. Bir sözlə, Ermənistanın bəlli çevrələrin xeyir-duasıyla yeni təhlükəli oyunlara başladığı göz önündədir. Əgər haylar yeni təxribat törətməyə qalxarlarsa, bunun da qarşısının əvvəlkilər kimi qətiyyətlə alınacağı şübhəsizdir. Millət vəkili Sahib Alıyev visiontv.az
    Click here to Read more
    Prev Article
    Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatla çıxış ediblər
    Next Article
    FHN: Su basmış yerlərdə ümumilikdə 31 nəfər təxliyə olunub

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment