Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Avropa Ağ Evin daxili intriqalarını diplomatik masada uğura necə çevirir?

    6 days ago

    4

    0

    Bundan əlavə, Uitkoff və Rubio arasında gərginlik və rəqabət var. Çünki Uitkoff Yaxın Şərq və Ukrayna məsələlərində faktiki olaraq dövlət katibi funksiyalarını yerinə yetirir ki, bu da Rubionun narazılığına səbəb olur. Parisə gəlincə, Makron bu daxili gərginlikləri yaxşı bildiyi üçün Uitkoffu nümayişkaranə şəkildə diqqətdən kənarda saxladı və Rubionun rolunu xüsusi olaraq vurğuladı. Britaniyalılar və almanlar da eyni mövqe sərgilədilər — Uitkoffu nə “görür”, nə də “eşidirdilər”. Makronun əsas məqsədi Uitkoffun gətirdiyi planı neytrallaşdırmaq və Rubionun vasitəsilə Makron-Starmer planına dəstək qazanmaq idi. Rubio bu oyuna qarşı deyildi və nəticə olaraq, məhz o, Lavrova zəng etdi və məhz o, ABŞ-ın prosesdən çəkilə biləcəyini, vaxtın isə günlərlə ölçüldüyünü bəyan etdi. Bu ultimatum açıq şəkildə Rusiyaya yönəlmişdi. Eyni zamanda, Ukrayna müdafiə naziri Ümerovun bu gün verdiyi “Ukrayna ABŞ planının 90%-ni dəstəkləyir” bəyanatı da onu göstərir ki, Avropa və Ukrayna üçün qəbul olunan mövqe Rubionunkudur. Uitkoffla isə heç kim danışmaq istəmir və bu da dolayısı ilə Trampa mesaj kimi qəbul edilir. Bu həftə intensiv diplomatik həftə olacaq və London görüşünə qədər bir çox məqamlar aydınlaşacaq. Politoloq Kamran Cəfərov visiontv.az  
    Click here to Read more
    Prev Article
    Səfir: Zəngəzur dəhlizi açılarsa, Türk dünyasının Orta dəhlizlə bağlı imkanları son dərəcə inkişaf edəcək
    Next Article
    "The Economist": Almaniyada fikir azadlığı təhlükə altındadır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment