Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Atı xilas olsa da, özü bataqlıqda boğuldu... - FOTOLAR

    1 week ago

    3

    0

    Aprelin 18-i gecə saatlarında Xaçmazda 15 yaşlı Bağırov Elçin Elman oğlu bataqlığa düşüb. Qaynarinfo  AZƏRTAC-a istinadən xəbər verir ki, E.Bağırov Niyazabad kəndi ərazisində, dəniz sahilində yerləşən bataqlıqda boğulub. Hadisə şahidlərinin dediyinə görə, yeniyetmə at belində mal-qara otaran zaman bataqlığa yıxılıb. At sudan çıxa bilsə də, Elçin xilas ola bilməyib. Yeniyetmənin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları, dalğıclar və kənd sakinləri cəlb olunub. İlkin mərhələdə yeniyetmənin meyitini aşkarlamaq mümkün olmayıb. Yalnız traktorlar vasitəsilə kanallar açılaraq su hövzəsi boşaldıldıqdan sonra səhər saatlarında E. Bağırovun meyiti aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edilib ki, E.Bağırov Niyazabad kənd tam orta məktəbinin IX sinfində təhsil alırdı. Aprelin 17-də məktəblinin 15 yaşı tamam olub.
    Click here to Read more
    Prev Article
    Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda oyunlara bu gün start veriləcək
    Next Article
    Dubayda beş mənzili olan keçmiş yol polisi həbs cəzasına məhkum edilib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment