Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Arvadı keçmiş prezidenti məhkəməyə verdi

    1 day ago

    4

    0

    Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun həyat yoldaşı Marina onların birgə əmlakının bölünməsi üçün məhkəməyə müraciət edib.  HİT.az xəbər verir ki, bu barədə “Ukrayna xəbərləri” nəşri Vinnitsa vilayətinin Krıjopol rayon məhkəməsinin materiallarına istinadən məlumat yayıb. İddia 2025-ci il martın 27-də qaldırılıb, iclas aprelin 29-na təyin edilib. Bölünəcək aktivlərin dəqiq siyahısı açıqlanmır. Məhkəmə Ukrayna prezidenti Volodimir Zelenskinin 2025-ci ilin fevralında tətbiq etdiyi daimi sanksiyaların qüvvədə qaldığı bir vaxta təsadüf edir. Məhdudiyyətlər Pyotr Poroşenkoya, ukraynalı oliqarxlar İqor Kolomoyskiyə, Konstantin Jevaqoya, iş adamı Gennadi Boqolyubova, həmçinin “Müxalifət Platforması - Həyat Naminə” partiyasının keçmiş lideri Viktor Medvedçuka aiddir. “Ukrainska pravda”nın yazdığına görə, Poroşenkoya qarşı sanksiyalar dövlətə xəyanətlə bağlı cinayət işi ilə bağlıdır. Keçmiş prezident "Centrenergo" şirkəti üçün DXR və LPR ərazilərindən kömür alınmasını təşkil etməkdə, rusiyayönlü "Regionlar Partiyası"nın yaradılmasında iştirak etməkdə, Viktor Yanukoviç hökumətində işləməkdə və aktivləri - Lipetsk fabriki - "Roshenza" və "Roshenza MemorialS" zavodu vasitəsilə Rusiya Federasiyası ilə əməkdaşlıqda ittiham olunur. Samir  
    Click here to Read more
    Prev Article
    Ermənilərin Fransa və İranda təşkil etdikləri "soyqırım" şousu - VIDEO
    Next Article
    Dövlət qurumunun 241 min manatlıq tenderi niyə ləğv edilib?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment