Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Araqçının Moskva səfəri Putinin, Lavrovun ünvanına komplimentlər səsləndirməyə həsr olundu

    1 week ago

    5

    0

    Adam ənənəvi fars hiyləgərliyi və yaltaqlığına söykənərək komplimentləri toy-nişan noğulları kimi sağa-sola səpələdi. Bu da səbəbsiz deyil. Çünki Trampın sayəsində beynəlxalq təcrid vəziyyətindən və Ukrayna cəbhəsində böhranlı durumdan çıxan Rusiyanın hazırda İran üçün əhəmiyyəti, gərəkliliyi yenə də artıb. ABŞ-ın getdikcə artan təzyiqləri fonunda molla rejiminin Kremlin dəstəyinə, araçılığına ciddi şəkildə ehtiyacı var. Və Araqçi də bu həqiqəti gizlətmədi. Abbas Araqçi rusiyalı həmkarı Sergey Lavrovla görüşündə və mətbuat konfransında öncə onu qeyd etdi ki, Rusiya və İranın mövqeləri bu gün keçmişdə olduğundan daha yaxındır. İranlı nazir həmçinin bildirdi ki, ki, Vladimir Putinlə çox yaxşı və uzunmüddətli bir görüşü baş tutub: “Rəhbərlikdən ona (Putinə) yazılı mesaj təqdim etdim. Bu həm cənab Putinə, həm də bütün dünyaya mesaj idi ki, İran Rusiyanı özünün əsas və strateji tərəfdaşı hesab edir və mühüm məsələlərdə məsləhətləşir”. Nazir əlavə etdi ki, İran və Rusiya arasında münasibətlər tarixdə bəlkə də heç vaxt bu qədər yaxın və güclü olmayıb. İranın xarici işlər naziri bu komplimentlər fonunda ölkəsinin ABŞ-la nüvə proqramları üzrə danışıqlarında Rusiyanı rol oynamağa, dəstək verməyə çağırdı. Öz növbəsində Sergey Lavrov da Abbas Araqçi ilə birgə mətbuat konfransında yaranmış fürsətdən dərhal istifadə edib bildirdi ki, Rusiya ABŞ-la İran arasında rəsmi Tehranın maraqlarının nəzərə alındığı nüvə sazişinə vasitəçilik etməyə hazırdır. Bu isə o deməkdir ki, bu iki şər ölkə səylərini birləşdirərək ABŞ-ı danışıqlar "tələ"sinə salmağa və bu prosesi mümkün qədər uzatmağa davam edəcəklər. Sonu görünməyən danışıqlar prosesi hazırkı məqamda Moskvaya, Tehrana da sərf edir. Danışıqlar prosesinin sonsuza qədər uzanması Rusiyaya Ukrayna məsələsində psixoloji üstünlük əldə etmək, İrana isə uranı zənginləşdirmə proqramlarını müvəffəqiyətlə tamamlamaq və nüvə silahına yiyələnmək imkanını qazandıracaq. Beləliklə, Trampın yanlış siyasəti Qərbin sanksiyaları nəticəsində təntiyən və çökən Putin Rusiyasının və molla İranının nəfəslərini dərmələrinə və yenidən özlərini toparlamalarına imkan verir. Bəybala Mirzəyev visiontv.az
    Click here to Read more
    Prev Article
    Dünya bazarlarında neft bahalaşdı
    Next Article
    Hövsanda spirt məhsulları istehsalı sexində PARTLAYIŞ: Ölən və xəsarət alan var

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment