Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Aqrar Sığorta" ASC-nin sığorta haqları artıb - Milyonluq mənfəət

    6 hours ago

    2

    0

    2025-ci ilin ilk rübündə "Aqrar Sığorta" ASC-nin toplam sığorta haqqı 8 milyon 817 min manat təşkil edib. Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 471 min manat və ya 20% artım deməkdir. Belə ki, 2024-cü ilin yanvar-mart aylarında şirkətin sığorta haqqı 7 milyon 346 min manat olub. 2025-ci ilin ilk rübündə "Aqrar Sığorta" ASC tərəfindən ödənilən sığorta məbləği 1 milyon 320 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 1 milyon 752 min manat idi. Beləliklə, sığorta ödənişlərində 432 min manat və ya 24% azalma qeydə alınıb. Bu nəticələr göstərir ki, 2025-ci ilin ilk rübü "Aqrar Sığorta" ASC üçün daha sərfəli olub. Belə ki, cari ilin ilk üç ayında toplanan hər 100 manatdan 14 manat 90 qəpik sığorta ödənişinə yönəldilib. Ötən ilin eyni dövründə isə bu göstərici 23 manat 80 qəpik səviyyəsində olub. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Sinema Dünyasında Bir İlk: Tamamı Yapay Zekâ ile Üretilen Uzun Metrajlı Belgesel Film Geliyor
    Next Article
    Bakıda restorandakı yanğının qarşısı alınıb - YENİLƏNİB

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment