Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Apple" satışlarda "Samsung"u geridə qoyaraq liderliyə yüksəldi

    2 weeks ago

    4

    0

    "Apple" 2025-ci ilin ilk rübündə qlobal smartfon satışlarına görə birinci yerə yüksəlib.  Valyuta.az xəbər verir ki, analitiklər bu nəticəni yeni "iPhone 16e" modelinin təqdimatı və Yaponiyada, eləcə də Hindistanda yüksək tələbatla əlaqələndirirlər. Qeyd olunur ki, "Apple" tarixində ilk dəfə olaraq rüblük satış payına görə bütün rəqiblərini geridə qoyaraq lider olub. "Samsung" 18% bazar payı ilə ikinci yerdə qərarlaşıb. Çin şirkətləri olan "Xiaomi", "vivo" və "OPPO" isə müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri bölüşüblər. Bununla belə, "Counterpoint" araşdırmasında vurğulanır ki, dünya üzrə smartfon bazarında cari il ərzində ümumi eniş gözlənilir. Buna səbəb kimi ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlar və davam edən qlobal iqtisadi qeyri-müəyyənliklər göstərilir. Analitiklər qeyd edirlər ki, Trampın ticarət siyasətindəki qeyri-sabitlik inflyasiya risklərini artırmaqla yanaşı, həm də istehlakçı davranışlarına mənfi təsir edir. Nəticədə insanlar yeni telefon almaq qərarlarını təxirə salır, bu isə istehsal və tədarük zəncirinə təzyiq göstərir. Apreldə açıqlanan qərarlar 2025-ci ilin birinci rübündə 'iPhone' satışlarına birbaşa təsir etməyib", – deyə "Counterpoint"in baş analitiki Ankit Malhotra bildirib. Qlobal smartfon bazarında 2025-ci ilin birinci rübündə ümumilikdə 3% artım qeydə alınsa da, il ərzində tənəzzül proqnozlaşdırılır. Bütün bu qeyri-müəyyənliklərə baxmayaraq, "Apple" yeni məhsulu ilə öz mövqeyini gücləndirərək investorlar üçün də müsbət siqnal göndərmiş olub. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Sıcak Günler Gelmeden Xiaomi Yepyeni Bir Akıllı Klima ile Sahneye Çıktı: Üstelik Kimi Serinleteceğini de Biliyor!
    Next Article
    Dev derbide kazanan Fenerbahçe Medicana: Finalin adı belli oldu!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment