Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Apple" ABŞ bazarı üçün bütün "iPhone"ların yığılmasını Hindistana köçürməyi planlaşdırır

    2 days ago

    3

    0

    Amerikanın "Apple" şirkəti gələn il ABŞ-da satılan bütün "iPhone"ların yığılmasını Hindistana köçürməyi planlaşdırır. Valyuta.az verir ki, bu barədə "Financial Times" məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb. Şirkət ABŞ-da hər il satılan 60 milyondan çox "iPhone"un hamısını 2026-cı ilin sonuna qədər Hindistanda yığmağı hədəfləyir. Məqsəd "Apple"ın dünya səviyyəli istehsal xətti qurmaq üçün Çində böyük xərc çəkdiyi təxminən iyirmi ildən sonra Hindistanda "iPhone" istehsalını ikiqat artırmaqdır. Qeyd olunur ki, son illərdə "Apple" şirkəti Hindistanda müqavilə istehsalçıları "Tata Electronics" və "Foxconn" ilə tutumlarını durmadan artırır, baxmayaraq ki, şirkət hələ də smartfonlarının əksəriyyətini Çində yığır. "iPhone"un yığılması, yüzlərlə komponenti bir araya gətirən istehsal prosesində son addımdır və "Apple" hələ də Çin təchizatçılarına çox etibar edir. "International Data Corporation" tədqiqat şirkətinin məlumatına görə, 2024-cü ildə ABŞ-ın payına "Apple"ın 232,1 milyon qlobal "iPhone" tədarükünün təxminən 28%-i düşüb. Şirkət bu ölkədən ABŞ-ın bütün sifarişlərini yerinə yetirmək üçün Hindistanda potensialını daha da artırmalı olacaq. Keçən il "iPhone" istehsalçısı Hindistandan istehsalı artırmağa çalışarkən, "Foxconn" və "Tata" Çindən əvvəlcədən yığılmış komponent dəstlərini idxal etməyə başlayıblar. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Başkan Erdoğan'dan duygulandıran mesaj
    Next Article
    Ləğv prosesində olan daha iki bankın əmlakı satışa çıxarılır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment