Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Anamın əziz canı”, "seyid haqqı" - İslamda and içmək necə qəbul edilir?

    17 hours ago

    2

    0

    İnsanlar mühüm bir şeyin haqq olmasını çatdırmaq üçün and içir. Bu zaman yalnız qədir-qiymətli şəxslərə və ya əşyalara and içilir. Hətta bizə doğma olan şəxslərin, məsələn "Anamın əziz canı, "Balamın canı üçün, eləcə də "Çörək haqqı, "Quran haqqı , "Seyidin cəddi haqqı deyə deyə and içirik.  Artıq cəmiyyətimizdə bu kimi andlar demək olar adi xarakter almağa başlayıb. Görəsən İslam dinində and içmək necə qəbul edilir? And içmək olarsa, nəyə and içmək qəbul ediləndir? İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, İslam dininə görə çox and içmək yalançılıq əlamətidir: “Dinimizə görə ehtiyac olarsa, and yalnız Allaha içilməlidir. Dini tədirlə ifadə etsək, bu "vallahi, billəhi, təllahi" formasında olmalıdır. Yəni, and, qəsən zamanı yalnız Allah şahid gətirilə bilər. Bu, İslam hüququnda, şəriətdə də belədir. Hətta Qurana and içmək, əl basmaq dində yoxdur. İnsanların başqa şeylərə and keçməsi xurafatdır. Dində hətta yalandan Allaha and içməyə görə cərimə də var. Kim yalandan and içsə üç gün oruc tutmalıdır ki, günahı əfv olunsun. Başqa adların etibarı yoxdur, boş sözdən və adam aldatmaqdan ibarətdir. İnsanlar əsasən alver zamanı çox and içir. Bu, günaha batmaqdır. Düz və haqlı olan adam heç and içməz. Əsasən etibarını itirənlər and içir. Bir də qarşıdakı inamsız adam olanda tərəflərdən biri iddiasını isbat etmək üçün and içir. Ümumiyyətlə, çox and içməkdən çəkinmək lazımdır. Allaha da olsa çox and içib adiləşdirmək doğru deyil”. Sevinc
    Click here to Read more
    Prev Article
    Zərərçəkmiş şəxs: Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edirdilər
    Next Article
    Novavax shares fall following WSJ report on FDA trial request

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment