Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    AMB: Pul siyasəti alətləri bank sisteminin likvidlik mövqeyinə uyğun tənzimlənir

    1 week ago

    3

    0

    Finss.az - Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasəti alətlərinin tətbiqində maliyyə bazarlarındakı prosesləri və bank sisteminin likvidlik mövqeyindəki dəyişiklikləri nəzərə alır. Bu barədə qurumun faiz dəhlizinə dair yaydığı press-relizdə bildirilir. Qeyd olunub ki, qısamüddətli pul bazarında orta faizlər Mərkəzi Bankın müəyyən etdiyi faiz dəhlizi daxilində formalaşır. Banklararası pul bazarındakı faizlərin tənzimlənməsi məqsədilə AMB daimi imkanlarla yanaşı, 2025-ci ilin əvvəlindən etibarən müntəzəm olaraq 1 həftəlik REPO və əks-REPO əməliyyatlarını da həyata keçirib. Aprel ayının ilk ongünlüyündə 1D AZIR indeksinin orta günlük faizi 7.68%, ikinci ongünlüyündə isə 7.21% təşkil edib. Bununla yanaşı, 11 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən keçirilmiş hərrac çərçivəsində vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının sistem əhəmiyyətli banklarda depozit formasında yerləşdirilməsi bank sisteminin likvidlik mövqeyinə müsbət, 1D AZIR indeksinə isə azaldıcı təsir göstərib.
    Click here to Read more
    Prev Article
    Azərbaycan və Türkiyə tibbi sığorta sahəsində əməkdaşlığı dərinləşdirir
    Next Article
    Azərbaycanın xarici sektor göstəriciləri müsbət olaraq qalır – AMB

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment