Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    AMB manatlaşmanı təşviq etmək üçün yeni əmsal tətbiq edir - Şahin Mahmudzadə

    1 week ago

    2

    0

    Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildən manatda likvidliyin örtülməsi əmsalını tətbiq etməyi planlaşdırır. Finss.az xəbər verir ki, bu barədə qurumun baş direktoru Şahin Mahmudzadə məlumat verib. Onun sözlərinə görə, yeni tənzimləmə vasitəsi xarici valyutada yaranan tələbin qarşılanması əvəzinə milli valyutada tələbin təşviq olunmasına yönəlib. “Əsas məqsəd dollarlaşmanı monitizasiya etmək və bank sektorunda manatlaşma meyillərini gücləndirməkdir”, – deyə Ş. Mahmudzadə qeyd edib. Mütəxəssislər hesab edir ki, bu addım manat likvidliyinin idarə olunmasını stimullaşdırmaqla yanaşı, maliyyə sabitliyinin gücləndirilməsinə də xidmət edəcək. Likvidliyin örtülməsi əmsalının tətbiqi bankların milli valyutada daha dayanıqlı likvidlik mövqeyi saxlamasına təkan verə bilər. Xatırladaq ki, son illərdə AMB dollarlaşmanın azaldılması və milli valyutada maliyyələşmənin təşviqi istiqamətində bir sıra mexanizmlər tətbiq edir. Yeni əmsal bu strategiyanın davamı kimi qiymətləndirilir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Birbank-dan möhtəşəm yaz kampaniyası: Birbank Visa taksit kartı sahibləri üçün onlayn alış-verişlərdə əlavə keşbek imkanı
    Next Article
    Azərbaycanda enerji və su sektorlarında istehsal artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment