Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    AMB bank sektoru üçün yeni tənzimləyici və maliyyə mexanizmləri hazırlayır

    6 days ago

    3

    0

    Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-2026-cı illər üzrə "Maliyyə sektorunun inkişaf strategiyası" çərçivəsində bank sektoru üzrə atılacaq növbəti addımları açıqlayıb. Finss.az bu barədə AMB-yə istinadən xəbər verir. Mərkəzi Bank qeyd edib ki, 2024-cü il üzrə sektorla bağlı işlərin 79,2%-i icra edilib. Qeyd edilib ki, layihə və sindikatlaşdırılmış maliyyələşdirmənin tətbiq imkanlarının araşdırılması, təchizat zəncirinin maliyyələşdirilməsi alətlərinin tətbiqi ilə bağlı təşviqedici hüquqi çərçivənin formalaşdırılması, BOKT-lərin institusional potensialının gücləndirilməsi, aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasına BMHS yanaşmasının tətbiqinin nəzərdən keçirilməsi gecikən fəaliyyət istiqamətləridir. Bununla yanaşı, sektor üzrə atılmalı olan növbəti addımlar var: "Bura alternativ maliyyələşdirmə alətləri üçün tənzimləyici mexanizmlərin yaradılması və metodoloji dəstəyin təmin edilməsi, Banklar arasında ortaq xidmətlər (shared services) və resurslardan effektiv istifadə imkanlarının araşdırılması, qabaqcıl təcrübələrə müvafiq olaraq kredit ittifaqı biznes modellərinin təkmilləşdirilməsinin dəstəklənməsi, ICAAP/ILAAP implementasiyası üzrə tələblərin hazırlanması və banklara dəstək göstərilməsi, Risk əsaslı tənzimləmə və nəzarət modelinə müvafiq olaraq nəzarət proseslərinin modernizasiyası və konsolidasiya edilmiş tənzimləmə və nəzarət üzrə yanaşmanın hazırlanması daxildir".
    Click here to Read more
    Prev Article
    Azərbaycanın İsveç iqtisadiyyatına investisiyaları artıb
    Next Article
    AMB sığorta sektorunda növbəti islahat addımlarını açıqlayıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment