Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    AMB “Açıq bankçılıq” modelinə keçidi sürətləndirir

    6 days ago

    3

    0

    Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü il üzrə “Maliyyə sektorunun inkişaf strategiyası” çərçivəsində “Açıq bankçılıq” yanaşmasının tətbiqini sürətləndirməyə hazırlaşır. Finss.az xəbər verir ki, bu 2024-2026-cı illər üzrə "Maliyyə sektorunun inkişaf strategiyası"nın 2024-cü il üzrə icra vəziyyətində bildirilib. Məlumata görə, strategiyanın cari il üzrə rəqəmsal maliyyə təşəbbüsləri ilə bağlı tədbirlər planının 88,9%-i icra olunub. AMB-nin açıqladığı növbəti addımlar sırasında aşağıdakılar yer alır: “Açıq bankçılıq” modelinin tətbiqinin sürətləndirilməsi; “Açıq maliyyə” yanaşmasına keçidin təmin edilməsi; Müştərilərin rəqəmsal kanallar vasitəsilə eyniləşdirilməsi prosesinin təkmilləşdirilməsi; Data əsaslı “SupTech” həllərin tətbiqi ilə nəzarət proseslərinin modernləşdirilməsi; Datanın idarəedilməsi çərçivəsinin hazırlanması; Datanın idarə olunması üzrə müvafiq ekspertiza və təcrübəyə malik idarəetmə strukturunun formalaşdırılması; FinCERT (Maliyyə Kibertəhlükəsizlik Monitorinq Mərkəzi) platformasının yaradılması. Qeyd edək ki, bu addımlar ölkədə rəqəmsal maliyyə ekosisteminin gücləndirilməsi, təhlükəsizliyin artırılması və maliyyə inklüzivliyinin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycanda daha bir şirkət ƏDV qeydiyyatına alınıb
    Next Article
    Aybəniz Haşımovanın 1200 manatını oğurladılar

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment