Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Almaniyada nüfuzlu kriminal avtoritet həbs olundu

    6 days ago

    2

    0

    Almaniyanın Ştutqart şəhərinin kriminal polisi və Ukrayna Milli Polisinin Strateji İstintaqlar Departamentinin birgə keçirdiyi əməliyyat nəticəsində, Essen şəhərində Gürcüstanın Zestafoni şəhərində anadan olmuş, 51 yaşlı Revaz Katamadze – cinayət aləmində "Maqalo" və ya "Rezo" ləqəbi ilə tanınan şəxs saxlanılıb. Hit.az xəbər verir ki, bu barədə Almaniya və Ukraynanın hüquq-mühafizə orqanları məlumat yayıblar. Məlumata görə, Katamadze Almaniyada fəaliyyət göstərən və mənzillərə silsilə oğurluqlar həyata keçirən cinayətkar qruplaşmanın "mənəvi lideri" olmaqda şübhəli bilinir. Sözügedən qrup Almaniyada – xüsusilə də ölkənin şimal bölgələrində – təxminən 20 mənzil oğurluğu törədib. Bu işlərlə əlaqəli 13 nəfərin də istintaqa cəlb edildiyi bildirilir. Bundan əlavə, Rezonun cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasında da iştirak etdiyi ehtimal olunur. Katamadze barəsində məhkəmə qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Əməliyyat zamanı onunla birlikdə daha iki nəfər saxlanılıb. Onlardan biri daha sonra sərbəst buraxılıb. Araşdırma Almaniyanın şimal bölgələrində baş vermiş seriyalı ev oğurluqları ilə bağlı davam edir. Abbas   
    Click here to Read more
    Prev Article
    Stresi və narahatlığı azaldan 10 ən yaxşı çay növü - SİYAHI
    Next Article
    Brent markalı neftin qiyməti 68 dollar/bareldən yuxarı qalxıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment