Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Almaniya iqtisadiyyatında böyümə ümidi yoxdu - Artım gözlənilmir

    17 hours ago

    4

    0

    Almaniya hökuməti ABŞ prezidenti Donald Trampın proqnozlaşdırıla bilməyən ticarət siyasətləri səbəbindən ölkə iqtisadiyyatında 2025-ci ildə də böyümə olmayacağını açıqlayıb. Daha əvvəl 2025-ci il üçün 0,3 faiz olaraq müəyyən edilmiş rəsmi böyümə proqnozu, beynəlxalq ticarət gərginliklərinin artması fonunda sıfıra endirilib. Valyuta.az xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek paytaxt Berlində keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, gələn il üçün də iqtisadi artım proqnozu əvvəlki 1,1 faizdən 1 faizə endirilib. Habek qeyd edib ki, Almaniya iqtisadiyyatı ardıcıl iki il davam edən tənəzzüldən sonra çətin bir dövr keçirir və ABŞ-ın qeyri-müəyyən ticarət siyasətləri səbəbindən yeni problemlərlə qarşılaşır. Trampın gömrük tarifləri ilə bağlı təhdidləri və tətbiqlərinin ixrac yönümlü Alman iqtisadiyyatı üzərində ciddi təsir göstərdiyini deyən nazir, məhz bu səbəbin böyümə proqnozuna mənfi təsir etdiyini vurğulayıb. Vəzifəsini yaxın vaxtda təhvil verməyə hazırlaşan Habek bildirib: “Alman iqtisadiyyatının qlobal təchizat zəncirlərinə yüksək inteqrasiyası və açıq xarici ticarət modeli nəzərə alındıqda, ABŞ-ın yeni qoruyucu siyasətləri iqtisadi artımımıza birbaşa və dolayı şəkildə əhəmiyyətli təsirlər göstərə bilər”. Nazir əlavə edib ki, bu mürəkkəb geosiyasi və iqtisadi şəraitdə qurulacaq yeni federal hökumət bir sıra vacib addımlar atmalıdır. 6 mayda formalaşması gözlənilən koalisiya hökumətinin ixtisaslı işçi çatışmazlığını aradan qaldırmaq, investisiyaları artırmaq və daha çox rəqəmsallaşma təmin etmək üçün tədbirlər görməsi vacibdir. “Öz ev tapşırığımızı yerinə yetirməyimiz çox vacib olacaq”, deyə Habek bildirib. İxrac və məşğulluq göstəriciləri zəifləyəcək Almaniya iqtisadi idarəsi 2024-cü ildə orta hesabla 2,2 faiz olan inflyasiyanın 2025-ci ildə 2 faizə, 2026-cı ildə isə 1,9 faizə enəcəyini proqnozlaşdırır. Ölkədə işsizlik səviyyəsinin 2025-ci ildə 6 faizdən 6,3 faizə yüksələcəyi, 2026-cı ildə isə 6,2 faiz olacağı gözlənilir. İxrac isə 2024-cü ildə 1,1 faiz azalmasından sonra, 2025-ci ildə də Alman məhsullarının zəifləyən rəqabət gücü və artan geosiyasi ticarət gərginlikləri səbəbindən 2,2 faiz azalacaq. Yalnız 2026-cı ildə 1,3 faizlik artım proqnozlaşdırılır. Almaniya ardıcıl üçüncü il də daralma riski ilə üz-üzədir Tarif müharibələri və Trampın bəzi açıqlamaları qlobal ticarətə mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqları artırır. Bir çox analitikin fikrincə, ABŞ-ın gömrük siyasəti Almaniya iqtisadiyyatı üçün “xüsusi risk” olaraq qiymətləndirilir. Digər tərəfdən, bölgədəki digər ölkələrlə müqayisədə daha çox istehsalat sektoruna bağlı olan Alman iqtisadiyyatı, bu sahədə davam edən zəiflik səbəbindən hələ də kövrək vəziyyətdə qalır. Ölkə iqtisadiyyatı 2024-cü ildə əvvəlki illə müqayisədə 0,2 faiz daralıb. 2023-cü ildə bu göstərici 0,3 faiz olmuşdu. Çinlə artan rəqabət və daxili struktur problemlər səbəbindən Almaniya ardıcıl ikinci il də iqtisadi kiçilmə yaşayıb. Beləliklə, Almaniya son iki ildir ki, böyüməyən yeganə G7 ölkəsidir. Əgər 2025-ci ildə də iqtisadi artım qeydə alınmasa, bu, ardıcıl üçüncü il Alman iqtisadiyyatının böyümədiyi anlamına gələcək. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Editörün Yorumu: iPhone 16e ile Geçen Bir Ayın Ardından Sevdiklerim ve Nefret Ettiklerim
    Next Article
    Melih Saatçı yazdı: “Solskjaer ilerisi için umut vermiyor”

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment