Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Alimlər kosmosun dərinliklərində qalaktikamızın əkizini tapdı

    1 week ago

    3

    0

    Cenevrə Universitetinin alimləri bu günə qədər ən uzaq spiral qalaktika namizədini – Zhulonq kəşf ediblər. Ceyms Uebb Kosmik Teleskopundan istifadə edilərək edilən kəşf, erkən Kainatda qalaktikaların necə əmələ gəldiyinə dair əvvəlki fikirlərə meydan oxuyur.  HİT.az xəbər verir ki, araşdırma "Astronomy and Astrophysics" (A&A) jurnalında dərc olunub. Çin dilində "Alov Əjdahası" mənasını verən Zhulonq yetkinliyi ilə diqqəti çəkir: artıq spiral qolları, ulduz əmələ gətirən disk və mərkəzi kondensasiya meydana gətirib. Üstəlik, ölçüsü və kütləsi ilə demək olar ki, Süd Yolu ilə eynidir - diski 60 min işıq ilindən çox uzanır və ulduzların kütləsi 100 milyard günəşdən çoxdur. "Bu, Kainat tarixinin lap əvvəlində Süd Yolunun surəti ilə qarşılaşmağa bənzəyir. Zhulonq  kosmik təkamülün belə erkən mərhələsində tapılan qalaktikamızın ən cəlbedici analoqlarından biridir", deyə tədqiqatın aparıcı müəllifi, Cenevrə Universitetindən Dr Menqyuan Xiao bildirib. Qalaktika Ceyms Uebb teleskopunun paralel müşahidə rejimindən istifadə edən genişmiqyaslı proqram olan PANORAMİK tədqiqatın bir hissəsi kimi kəşf edilib. Bu strategiya teleskopun əsas missiyası zamanı eyni vaxtda səmanın digər hissələri haqqında məlumat toplamağa imkan verir. Bunun sayəsində belə nadir və kütləvi obyekti görmək mümkün olub. Proqramın həmmüəllifi, UNIGE-nin professoru Paskal Eş deyib: “Zhulonq paralel müşahidələrin bizi qalaktikaların formalaşması ilə bağlı dərslikləri yenidən yazmağa məcbur edən unikal obyektləri tapmağa necə kömək etdiyinin gözəl nümunəsidir”. Ceyms Uebb Kosmik Teleskopu və ALMA radio teleskopu ilə gələcək müşahidələr Zhulonqun xüsusiyyətlərini dəqiqləşdirməyə və onun yaranma tarixini izləməyə kömək edəcək. Bu arada astronomlar Kainatın təkamülü haqqında anlayışımızı dəyişdirə biləcək yeni kəşflərə hazırlaşırlar. Samir
    Click here to Read more
    Prev Article
    Bill Qeytsdən süni intellekt proqnozu: hansı peşələr daha tez "təqaüdə çıxacaq"?
    Next Article
    Füzulinin üç kəndi ilə bağlı 1,1 milyonluq layihə

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment