Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Aldrin layihəsi": "Meta" hamımızın məlumatlarını Çinləmi paylaşır?

    1 week ago

    6

    0

    ABŞ Senatında "Facebook" barədə sualları cavablandıran keçmiş rəhbər şəxsin açıqlamaları sosial media nəhəngi "Meta" ilə bağlı ciddi iddiaları gündəmə gətirib.  Valyuta.az xəbər verir ki, iddialara görə, "Meta" rəhbəri Mark Zukerberq "WhatsApp" yazışmaları da daxil olmaqla istifadəçilərin məxfi məlumatlarını Çinə ötürməkdə maraqlı olub.  Çin bazarına giriş uğrunda hər şey gözə alınır ABŞ və Çin arasında sürətlə alovlanan ticarət müharibəsi fonunda, 1,5 milyardlıq Çin əhalisi hələ də ABŞ-ın texnologiya şirkətləri üçün cəlbedici bazar olaraq qalır. "Meta"nın Çin bazarına daxil olmaq üçün hər cür riski gözə almağa hazır olduğu, bu son hadisələrlə bir daha ortaya çıxıb. ABŞ Senatının Ədalət Komitəsinin Cinayət və Terrorla Mübarizə Alt Komitəsində çıxış edən "Meta"nın keçmiş rəhbər şəxslərindən Sara Vinn-Vilyams şirkətin Çinlə əlaqələrinə dair açıqlamaları ilə gündəmə gəlib. O, Mark Zukerberqin sosial şəbəkəni Çin bazarına açmaq üçün istənilən güzəştə hazır olduğunu və bu çərçivədə ABŞ vətəndaşlarının məlumatlarının ifşa edilməsinin belə müzakirəyə açıq olduğunu bildirib. "Aldrin layihəsi" və gizli məlumat ötürmələri Vinn-Vilyams həmçinin bildirib ki, "Meta" daxilində bu təşəbbüs "Aldrin layihəsi" olaraq adlandırılıb və yalnız məhdud bir qrupun girişinə açıq olub. Onun sözlərinə görə, şirkət ABŞ ilə Çin arasında "rəqəmsal bir boru xətti" yaratmağa çalışıb və bu xətt vasitəsilə istifadəçi məlumatları birbaşa Çin Kommunist Partiyası ilə paylaşılır. Məlumat təhlükəsizliyi və gələcək risklər "Çin və ya ABŞ mənim şəxsi məlumatlarımla nə edə bilər ki?" sualı bəzi istifadəçilərə bəsit görünə bilər. Lakin "WhatsApp" mesajlarınızda yer alan ən kiçik bir "problematik" ifadənin belə gələcəkdə xarici səyahətlərinizdə problemlərə yol aça biləcəyi, hətta sərhəd keçidində ölkəyə girişinizin əngəllənə biləcəyi unudulmamalıdır. Xüsusilə də ABŞ və ya Çin mənşəli bir şirkətlə rəqabət aparan iş adamları üçün bu məlumatların sızması, ticarət sirrlərinin rəqib firmalara ötürülməsi riski realdır. Nəticə: Silahsız casusluq dövrü Nəticə etibarilə, kommersiya casusluğu və məlumat təhlükəsizliyi müasir dövrdə cəmiyyətləri silahsız şəkildə sarsıdan bir vasitəyə çevrilib. "Meta" və digər texnologiya nəhənglərinin istifadəçi məlumatları üzərində qurduğu strateji əməkdaşlıqlar, milli təhlükəsizliklə yanaşı fərdi azadlıqları da ciddi şəkildə təhdid edir. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Turkcell, Telekomünikasyonun Devlerini İstanbul’da Bir Araya Getirdi
    Next Article
    Kocaelispor'dan 7 gollü galibiyet: Adım adım Süper Lig'e!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment