Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Aİ NATO-nun əvəzinə öz ordusunu yarada bilərmi? - Diplomatdan cavab

    1 week ago

    3

    0

    Kollektiv müdafiə məsələsində Avropa İttifaqı NATO-nu əvəz edə bilməz.  HİT.az xəbər verir ki, bunu LIGA.net saytına müsahibəsində britaniyalı diplomat və təhlükəsizlik üzrə analitik Con Forman deyib. Onun sözlərinə görə, NATO-nun dəyişdirilməsinə ehtiyac yoxdur, çünki hər bir təşkilatın öz rolu var. Forman hesab edir ki, ABŞ NATO-dan çıxmağı planlaşdırmır, əksinə, Amerika Avropanı təhlükəsizliyi üçün daha çox pul ödəməyə məcbur etmək istəyir. "Deməli, Avropanın təhlükəsizliyinin çərçivəsi Aİ deyil, NATO-dur", diplomat əmin edib. Onun sözlərinə görə, Aİ çərçivəsində birgə müdafiə qüvvələrinin yaradılması perspektivi yoxdur: "Müdafiə baxımından Aİ NATO ilə müqayisədə hürən itdir. NATO Avropa üçün prioritetdir. Bunu ona görə deyirəm ki, mən avropalıyam, ingilisəm və biz Aİ-də deyilik. Amma Türkiyə və Norveç də Avropa Birliyində deyillər. Bunlar Avropada müdafiə məhsullarının ən böyük tədarükçüsü olan üç ölkədir. Avropalılar NATO-nu gücləndirməlidir, onu əvəz etməməlidir". "Washington Post" daha əvvəl yazmışdı ki, ABŞ prezidenti Donald Tramp NATO-nu maliyyələşdirməyi dayandırmaq istəyir. Xüsusilə də ekspertlər və rəsmilər Tramp administrasiyasının bu təklifindən narahatdırlar. ABŞ-ın NATO-dakı keçmiş səfiri Julian Smit deyib: "Bu, həqiqətən də alyansın necə işləməsinin təməlinə təsir edir və alyansın birliyinə sarsıdıcı zərbə vura bilər". Eyni zamanda, Rumıniya Ticarət və Sənaye Palatasının rəhbəri Mihai Daraban Trampın Almaniyadakı Ramşteyn aviabazasını bağlamağı planlaşdırdığını bildirib. Məlumdur ki, bu hava bazasında NATO Hərbi Hava Qüvvələri Komandanlığı və ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanlığı yerləşir. Analitiklərin fikrincə, bu hava bazası ABŞ-ın Avropadakı bütün qoşunlarının əsas bölmələrindən biri hesab edilməlidir. Samir
    Click here to Read more
    Prev Article
    Mayda NATO XİN başçılarının Türkiyədə qeyri-rəsmi görüşü keçiriləcək
    Next Article
    Əfqanıstan Talibanla bağlı qərara görə Rusiyaya təşəkkür edib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment