Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Aİ "Apple"ı 570, "Meta"nı 228 milyon avro cərimələdi

    5 days ago

    2

    0

    Avropa İttifaqı rəqəmsal bazarlar sahəsində qanunları pozduğuna görə "Apple" və "Meta" texnologiya şirkətlərinə böyük məbləğdə cərimələr tətbiq edib.  Valyuta.az "Reuters"ə istinadən xəbər verir ki, "Apple" üçün cərimə 570 milyon dollar, "Meta" üçün isə 228 milyon dollar təşkil edib. Qərar şirkətlərin Rəqəmsal Bazarlar Aktına (DMA) nə dərəcədə uyğun olduğunu qiymətləndirmək üçün Avropa Komissiyası tərəfindən bir il davam edən araşdırmadan sonra qəbul edilib. Bu qanunun əsas məqsədi ən böyük oyunçuların üstünlük təşkil etdiyi bazarlarda daha böyük rəqabəti təşviq etmək və daha kiçik rəqiblərin bu platformalara daxil olması üçün imkanlar yaratmaqdır. DMA-nın əsas tələblərindən biri, xidmətlərinin istifadəçilərinin rəqiblərdən mövcud olan alternativ və daha ucuz təkliflər haqqında məlumat əldə etməsinə mane olan əsas platformalara qadağa qoyulmasıdır. Tətbiq edilən cərimələr Aİ ilə ABŞ arasında münasibətlərdə gərginliyi artıra bilər. Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Amerika şirkətlərini cəzalandıran ölkələri tariflər tətbiq etməklə hədələmişdi. "Apple" nümayəndələri Avropa Komissiyasının qərarına etiraz etmək niyyətlərini açıqlayıblar. "Meta" görülən tədbirləri də tənqid edib. "Meta"nın fikrincə, Avropa tənzimləyicisinin hərəkətləri uğurlu Amerika şirkətləri üçün əlverişsiz şərait yaradır, eyni zamanda çinli və avropalı rəqiblərə müxtəlif standartlar altında fəaliyyət göstərməyə imkan verir. "Meta" hesab edir ki, Komissiya onu biznes modelini dəyişməyə məcbur edir, effektiv şəkildə böyük maliyyə yükləri qoyur və göstərilən xidmətlərin keyfiyyətinin azaldılmasını tələb edir. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Azərbaycan ötən il dövlət sifarişi ilə 127 milyon manatlıq ərzaq alıb
    Next Article
    55 min dollar və 156 ədəd qızıl-zinət əşyası - “BTB BANK”dan OĞURLUQ

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment