Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Ağdam rayonunun bu ərazisində fərdi evlər əsaslı təmir olunacaq

    1 week ago

    4

    0

    Ağdam rayonun Quzanlı qəsəbəsi daş evlər adlanan ərazisində olan fərdi yaşayış evləri əsaslı təmir ediləcək. Valyuta.az xəbər verir ki, bu barədə Ağdam Rayon İcra Hakimiyyəti tender elan edib.  Məlumata görə, adı çəkilən ərazidə fərdi yaşayış evlərinin əsaslı təmiri üçün 205 min manat ayrılıb. Elan olunan tender may ayının 8-nə kimi davam edəcək. Xatırladaq ki, aprel ayının 14-də Ağdam Rayon İcra Hakimiyyəti Ağdam rayonu Quzanlı qəsəbəsi ilə bağlı bir tender də elan etmişdi. Bu tender Ağdam rayon Quzanlı qəsəbəsi H. Əliyev Prospektində yolun əsaslı təmiri işləri ilə bağlı elan olunan layihə idi. Nəzərə çatdıraq ki, bu tender üzrə ehtimal olunan qiymət 299 min 925 manat hesablanıb və tender üçün təyin olunan son tarix may ayının 5-i qeyd olunub. Qeyd edək ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsənov Vaqif Bəhram oğludur. O, Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Dünya sofralarını süslüyordu! ‘Napolyon' kirazından üzücü haber
    Next Article
    Jose Morais'ten Galatasaray açıklaması: "Çok kaliteli oyuncuları var"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment