Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    ADY-də yüksək vəzifəyə TƏYİNAT

    1 week ago

    3

    0

    "Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) növbəti kadr dəyişikliyi olub. ADY-nin Təchizat departamentinin müdiri vəzifəsinə Fərid Hüseynov təyin edilib. F.Hüseynov 1988-ci ildə anadan olub. 2009-cu ildə Xəzər Universitetində "Maliyyə və kredit ixtisası" üzrə bakalavr, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznes təşkili və idarə edilməsi ixtisası" üzrə magistr təhsili alıb. 2009-2017-ci illərdə "Azərpoçt" MMC-də müxtəlif aparıcı və rəhbər vəzifələrdə çalışıb. Karyerasının növbəti mərhələsində 2017-2021-ci illərdə yerli logistika şirkətində mühasibatlıq və yük daşımaları üzrə məsul şəxs kimi fəaliyyət göstərib. 2021-2022-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin təchizat və təsərrüfat işləri üzrə baş mütəxəssisi və şöbə müdiri vəzifələrini tutub. ADY-də karyerasına 2022-ci ildə başlamış Fərid Hüseynov yeni təyinata qədər Təsərrüfat departamentinin müdiri vəzifəsini tutub. Qeyd edək ki, Təchizat departamentinin müdiri Emil Pənahov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb. O, ADY-də 2023-cü ildə fəaliyyətə başlayıb, şirkətin inkişafına mühüm töhfələr verib. ©oxu.az
    Click here to Read more
    Prev Article
    Naxçıvanda aşkarlanan qanunsuzluqlar açıqlandı
    Next Article
    Hesablama Palatası ötən il 575 milyon manatlıq maliyyə pozuntusu aşkar edib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment