Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    ADİU ilə deputata məxsus olduğu deyilən şirkət arasında yarım milyonluq müqavilə

    2 weeks ago

    6

    0

    Azərbaycan Dövlət İqtisad Universiteti  (ADİU) “Ultra Technologies” şirkəti ilə satınalma müqaviləsi bağlayıb.  Valyuta.az xəbər verir ki, müqavilədə EDUMAN təhsil idarəetmə proqramına (Test İmtahanlarının Təşkili Modulu, İkinci Ali Təhsil Elektron İdarəetmə Modulu, Əlavə Təhsil Elektron İdarəetmə Modulu, Əcnəbilərin Qəbulunun Elektron İdarəetmə Modulu, Müəllimlərin reytinqinin qiymətləndirilməsi proqram təminatı, UNEC-ə, UNEC-in Zaqatala filialına, UNEC nəzdində Azərbaycan Maliyyə - İqtisad, Sosial-İqtisadi və Qida Sənayesi Kolleclərinə DİM yolu ilə qəbul olanların onlayn qeydiyyatı və UNEC-in Dərbənd filialına qəbul olanların onlayn qeydiyyat modulu, MBA Proqramı üzrə tədrisin Eduman proqramına uyğun təşkili modulu, Yazılı imtahan modulu), Server və server avadanlıqlarına, Mövcud Unity Base sisteminə (DocNet elektron sənəd dövriyyəsi sistemi), elektron davamiyyət proqramına, distant təhsilin təşkili proqramına, serverin qoşulduğu generatora, server otağı üçün xüsusi kondisoner sisteminə, Server otağı üçün UPS sisteminə, Turniketlərə və Cloud sistemlərə funksional və texniki dəstək xidmətlərinin satına alınması nəzərdə tutulur.  Müqavilənin maliyyə dəyəri 471 831,02 manatdır.  Mediada gedən məlumatlara görə, “Ultra Technologies” şirkəti deputat Tahir Mirkişiliyə məxsusdur.  Hüseyn
    Click here to Read more
    Prev Article
    Bu şəxslərə pulsuz ev veriləcək
    Next Article
    Azərbaycan "İTB China 2025"də təmsil olunacaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment