Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "AccessBank" ipoteka kreditlərindəki kəskin artımla narahatlıq doğurur

    47 minutes ago

    3

    0

    AccessBank QSC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri, kredit portfelində müsbət dəyişiklikləri göstərsə də, bəzi sahələrdə narahatlıq doğurur. Finss.az xəbər verir ki, bankın ümumi kredit portfeli 3,01% artaraq 1 186 235 manata çatıb. 2024-cü ilin yanvar-mart dövründə kredit portfeli 1 151 550 manat idi. Biznes kredit portfeli 15,31% artaraq 924 246 manata yüksəlib. 2024-cü ilin eyni dövründə biznes kredit portfeli 801 565 manat idi. Bu artım, bankın biznes sahəsinə olan marağını və bu sahədəki güclü mövqeyini nümayiş etdirir. İstehlak kredit portfeli isə 8,73% artaraq 245 608 manata yüksəlib. 2024-cü ilin eyni dövründə istehlak kredit portfeli 225 895 manat idi. Bu, bankın istehlak kreditləri üzrə fəaliyyətini genişləndirdiyini göstərir. Ən diqqət çəkən isə bankın ipoteka kreditinin 104,25% artaraq 16 381 manata yüksəlməsidir. 2024-cü ilin yanvar-mart dövründə ipoteka krediti yalnız 8 020 manat idi. Bu yüksək artım, bankın ipoteka sahəsindəki risklərinin artmasına səbəb ola bilər və kredit portfelindəki balanssızlığı təmsil edir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    İsrail ordusu Beyrutdakı Hizbullahın dəqiq raket anbarına hücum edib
    Next Article
    "Unibank"ın biznes, istehlak və ipoteka kredit portfelləri artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment