Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Abunəçi sayı artdıqca, gəlir də artdı - "Netflix"proqnozu keçdi

    1 week ago

    5

    0

    Birinci rübdə "Netflix"in gəliri 10,54 milyard dollar təşkil edib. Valyuta.az xəbər verir ki, şirkət bu dövr üçün 10,42 milyard dollar gəlir proqnozlaşdırmağına baxmayaraq, illik müqayisədə 13% artımla qarşılaşıb. Bu göstərici Bloomberg" analitiklərinin 10,50 milyard dollarlıq proqnozunu da üstələyib. Məlumata görə, hər səhmə düşən mənfəət 6,61 dollar olub ki, bu da analitiklərin 5,68 dollarlıq gözləntisindən yüksəkdir. İkinci rüb üçün də "Netflix" analitik proqnozlarını yenə üstələyən yeni gəlir proqnozu açıqlayıb. Belə ki, şirkət bu dövr üçün 11,04 milyard dollar gəlir gözləsə də, "Bloomberg" tərəfindən sorğulanan analitiklər 10,88 milyard dollar proqnoz verib. 2025-ci ilin tamamı üçün şirkət əvvəlki proqnozunu dəyişməyərək 43,5-44,5 milyard dollar arası illik gəlir və 29% əməliyyat mənfəəti marjası gözlədiyini təsdiqləyib. Bu nəticələr "Netflix"in qeyri-müəyyən iqtisadi şəraitdə, o cümlədən prezident Trampın ticarət müharibəsi fonunda, "Big Tech" adlandırılan texnoloji nəhənglər arasında ən yaxşı mövqelərdən birində olduğunu göstərir. Həmçinin şirkətin səhmləri bu ilin əvvəlindən cümə axşamı gününün sonuna qədər 9,2% artıb. Müqayisə üçün qeyd edək ki, "Apple", "Amazon" və "Alphabet" kimi texnologiya nəhənglərinin səhmləri 2025-ci ildə 17%-dən çox dəyər itirib. S&P 500 indeksi isə bu müddətdə təxminən 10% geriləyib. "Biz 2025-ci ilə yaxşı başlamışıq", – deyə "Netflix" rəhbərliyi açıqlamasında bildirib və bu uğuru "abunə və reklam gəlirlərində cüzi artım" ilə izah edib. Məlumata görə, 2024-cü ilin sonunda şirkətin 301,6 milyon qlobal abunəçisi olub. Şirkət dördüncü rüb üzrə səhmdar məktubunda qeyd edib ki, gələcəkdə abunəçi məlumatları yalnız mühüm mərhələlər keçildikdə paylaşılacaq. 2024-cü il ərzində "Netflix" 41 milyon yeni qlobal abunəçi qazanıb. "Wall Street Journal"ın məlumatına görə, "Netflix" 2030-cu ilə qədər gəlirini ikiqat artırmaq və bazar dəyərini 1 trilyon dollara çatdırmaq kimi iddialı maliyyə hədəfləri qoyub. Hazırda şirkətin bazar dəyəri 400 milyard dolları bir qədər keçib. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Bu şadlıq evi bağlandı - Video
    Next Article
    Beşiktaş'ın eski yıldızı Roman Saiss'ten Şenol Güneş'e sert sözler! 'İkiyüzlü tavır beni gerçekten sarstı'

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment