Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    ABŞ tarifləri Cənubi Qafqaz və Mərkəzi Asiyaya dolayı təsir göstərə bilər - "Moody’s"

    1 week ago

    4

    0

    ABŞ-ın tətbiq etdiyi tariflərin Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin bank və şirkətləri üçün birbaşa deyil, dolayı iqtisadi risklər yaratdığı bildirilir. Finss.az-ın məlumatına görə, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunub. Agentlik bildirib ki, ABŞ tariflərinin region ölkələrinə birbaşa təsiri məhdud olacaq. Səbəb kimi tariflərin nisbətən aşağı səviyyədə olması və ABŞ-ın bu ölkələrin ümumi ixracatında kiçik paya malik olması göstərilir. Bildirilib ki, ixrac edilən əsas məhsullar – neft, uran, gümüş və digər xammallar – yeni tariflərdən kənarda qalır. Məsələn, Qazaxıstanın Ticarət Nazirliyinin məlumatına görə, bu ölkənin ABŞ-a ixrac etdiyi malların 90%-dən çoxunu məhz bu xammallar təşkil edir. Bununla belə, “Moody’s” xəbərdarlıq edir ki, iri iqtisadiyyatlar arasında ticarət müharibəsinin dərinləşməsi banklar və şirkətlər üçün üç əsas istiqamət üzrə – beynəlxalq ticarətdə geriləmə, azalan inam və makroiqtisadi sabitliyin pozulması – əlavə risklər yarada bilər. Bu çərçivədə neft və digər xammal qiymətlərinin aşağı düşməsi, valyuta dəyişkənliyi, sərt kredit şərtləri və investisiya axınlarında azalma müəyyən şirkətlərin fəaliyyətinə mənfi təsir göstərə bilər. Nəticədə yerli bankların kredit portfeli zəifləyə, aktiv keyfiyyəti pisləşə və mənfəətliliyi azala bilər. Reytinq agentliyi həmçinin qeyd edib ki, yaranmış vəziyyət müəyyən imkanlar da aça bilər. Belə ki, ABŞ bazarına yönəlmiş məhsullar – o cümlədən avadanlıqlar, metallurgiya və tikinti materialları – yerli bazarlarda daha rəqabətli qiymətlərlə təqdim oluna bilər. Həmçinin, yeni ticarət tərəfdaşlarının axtarışı regiona – o cümlədən Azərbaycan və Qazaxıstana – marağın artmasına səbəb ola bilər. Regionun nəqliyyat-logistika imkanlarının – xüsusilə Qazaxıstan və Azərbaycanın dəmir yolu və yük daşımaları sahəsində – Asiya-Avropa tranzitində rolu güclənə bilər. Bu isə investisiya axınlarını və bank kreditlərinə tələbi artıracaq amillər sırasındadır. Hesabatda neft qiymətlərinin aşağı düşməsi fonunda Azərbaycan və Qazaxıstanda neft-qaz sektorlarına təsir də xüsusi qeyd olunub. Bildirilib ki, gəlirlərin və mənfəətliliyin azalması bu ölkələrdə yeni layihələrə və hasilat kəşfiyyatına sərmayələri zəiflədə bilər. Neft sektorundakı geriləmə dolayısı ilə qeyri-neft iqtisadiyyatını da təsirləndirə bilər ki, bu da bankların kiçik və orta biznes, pərakəndə ticarət sahələrində artan ekspozisiyalarını risk altında qoyacaq. “Moody’s” həmçinin vurğulayıb ki, son illərdə hər iki ölkə iqtisadiyyatlarını şaxələndirmək və ehtiyat fondlarını artırmaq üçün ciddi addımlar atıb. Bu tədbirlər ilkin xammaldan asılılığın azaldılması və iqtisadi dayanıqlığın gücləndirilməsi baxımından əhəmiyyətli sayılır. Agentlik pandemiya dövründə, xüsusilə 2020-ci ildə neftin orta qiymətinin 40 dollar olduğu şəraitdə bu dayanıqlığın özünü doğrultduğunu qeyd edib. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    ATƏT-in Minsk qrupu bu il buraxıla bilər? - RƏY
    Next Article
    İrlandiyadan Azərbaycana pul köçürmələrinin həcmi artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment