Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    ABŞ şirkətləri tarif qeyri-müəyyənliyinə görə proqnozlarını geri götürür

    19 hours ago

    4

    0

    Bir çox ABŞ korporativ rəhbərləri deyirlər ki, ABŞ-ın idxal tarifləri ilə bağlı qeyri-müəyyənlik planlaşdırmanı demək olar qeyri-mümkün edir və istehlakçı əhval-ruhiyyəsinə zərbə vurur.  HİT.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, American Airlines, PepsiCo, Procter & Gamble və bir çox başqa şirkətlərin rəhbərləri artıq bu barədə məlumat veriblər. Proc & Gamble həmçinin bəzi məhsulların qiymətlərinin artırılmasını nəzərdən keçirdiyini bildirib. "Qeyri-müəyyənlik səviyyəsi çox yüksəkdir. Bu, investisiya, xərcləmə və planlaşdırmaya mənfi təsir göstərir, bunların hamısı böyüməyə və iqtisadiyyata təsir edəcək", deyə Goldman Sachs-ın baş direktoru David Solomon bildirib. Qeyri-müəyyənlik hava səyahətinə xüsusilə güclü təsir göstərir. American Airlines, Southwest Airlines və Alaska Air Group daxil olmaqla bir sıra aviaşirkətlər cari vəziyyətin istirahət səyahətlərinə tələbi azaldığını bildirərək, il üçün əvvəlki proqnozlarını geri götürüblər. Allianz Trade sığorta şirkətinin proqnozlarına görə, tariflər Amerika aviaşirkətlərinə ən böyük təsir göstərəcək, onların satışlarının 2025-ci ildə Avropadakı rəqibləri üçün 10% ilə müqayisədə cəmi 1% artacağı gözlənilir. "Biz bundan sonra nə olacağını bilmirik. Bu nə deməkdir? Biz o qədər çox insanı işə götürmürük. Biz o qədər  də çox təyyarə almırıq. Bu, ümumi iqtisadi aktivliyin azalması deməkdir", deyə American Airlines-ın baş direktoru Robert İsom qeyd edib. Yeni idxal rüsumlarının tətbiqindən dərhal sonra bir çox analitiklər və bazar iştirakçıları bu tədbirlərin Amerika şirkətlərinə mənfi təsir edəcəyi barədə xəbərdarlıq ediblər. Samir  
    Click here to Read more
    Prev Article
    Ötən il Tehranda havanın çirklənməsinə görə minlərlə insan ölüb
    Next Article
    Çinin BYD birinci rübdə xalis mənfəətini iki dəfə artırdı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment