Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    ABŞ qurumu "Apple"ı süni intellektlə bağlı yalan reklamda ittiham etdi

    4 days ago

    3

    0

    ABŞ-ın Milli Reklam Departamenti (National Advertising Division, NAD) "Apple" şirkətinə öz süni intellekt funksiyaları - "Apple Intelligence"in "hal-hazırda əlçatandır" ifadəsi ilə reklam edilməsini dayandırmağı və ya dəyişdirməyi tövsiyə edib. Reklamların dəqiqliyinə nəzarət edən bu qurum reklam iddiaları ilə faktiki funksionallıq arasında uyğunsuzluq müəyyənləşdirib.  Valyuta.az xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb. BBB National Programs qeyri-kommersiya təşkilatına daxil olan NAD bildirib ki, "hal-hazırda əlçatandır" ifadəsi istehlakçıları çaşdıra biləcək şəkildə təqdim olunub. Qurum hesab edir ki, bu ifadə, "iPhone 16"nın təqdimatı ilə birlikdə bəzi süni intellekt funksiyalarının – prioritet bildirişlər, "Genmoji", "Image Playground" və "ChatGPT" inteqrasiyası kimi – dərhal əlçatan olması mesajını verir. Halbuki müşayiət edən qeydin "kifayət qədər aydın, nəzərəçarpacaq olmadığı və əsas ifadədən çox uzaqda yerləşdiyi" bildirilib. "Apple" şirkəti həqiqətən də ötən il "iPhone 16"nın təqdimatı zamanı mətn yazma alətləri və şəkillərdə obyektlərin silinməsi funksiyası kimi bəzi "Apple Intelligence" imkanlarını təqdim edib. Lakin digər vəd edilən Al funksiyalar yalnız proqram təminatının sonrakı yeniləmələrində əlavə olunub. NAD həmçinin vurğulayıb ki, "Apple" yenilənmiş "Siri" səsli köməkçisini də "hal-hazırda əlçatandır" başlığı altında təqdim edib, baxmayaraq ki, bu funksiya hələ geniş istifadəçi kütləsinə təqdim olunmayıb. Arxiv məlumatlarına əsasən, "Apple" şirkəti bu ifadəni – "hal-hazırda əlçatandır" – özünün ABŞ-dakı rəsmi saytında "Apple Intelligence" səhifəsinin yuxarı hissəsindən mart ayının sonunda, yəqin ki, NAD-in sorğusundan sonra silib. Şirkət iddialara cavab olaraq, reklam materiallarını və sayt məlumatlarını yenilədiyini və "funksiyaların statusu barədə adekvat məlumat verdiyini" bəyan edib. "Apple" həmçinin hələ istifadəyə verilməmiş yeni "Siri" versiyasını nümayiş etdirən "Daha fərdi Siri" adlı promorolik videosunun nümayişini də dayandırıb. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    7 il sonra vəzifəsindən çıxarıldı
    Next Article
    Zeynep Sönmez'den Madrid Açık'a veda!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment