Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    ABŞ - nin Yəmənə qoşun göndərmək qərarı 21 - ci əsr tarixinə ən dəhşətli müharibələrdən biri kimi düşə bilər

    4 days ago

    4

    0

    Məlumata görə, bombardman cümə günü gecə Qırmızı dəniz sahilində yerləşən Ras-İsa limanı neft terminalının yerləşdiyi Əl-Hodeyda əyalətində olub. Qeyd olunur ki, 17 fəhlə və xidmətçi, həmçinin 5 təcili yardım işçisi həlak olub. Limanda güclü yanğın baş verib, yanğınla mübarizə hələ də davam edir. Əl-Hodeydanın qubernatoru Abdullah Oteyfi deyib ki, Amerikanın cinayətkar təcavüzü yalnız mülki infrastrukturun obyekti olan Ras-İsa limanına yönəlib. O vurğulayıb ki, ABŞ-nin hərəkətləri Yəmən xalqını Qəzza zolağında fələstinlilərə dəstək verməkdən imtina etməyə məcbur etməyəcək. Əslində isə ABŞ - nin ilk məqsədi İranın bölgədəki gücünü yox etməkdir. Ötən il İsrail bu məsələdə xeyli irəliləyiş əldə edib. Həmas və Hizbullah liderlərinin öldürülməsi, eyni zamanda bu təşkilatlara qarşı davamlı şəkildə keçirilən əməliyyatlar İranın bölgədəki əsas proksilərinin ciddi şəkildə zəifləməsinə səbəb oldu. Hazırda müttəfiqlərin əsas hədəfi Qəzza bölgəsinə elə keçirərək Həmasın varlığına son qoymaq və bundan sonra Hizbullahı sıxışdırıb məhv etməkdir. Suriyada Əsəd rejimi hakimiyyətdən devrildikdən sonra Hizbullahın İranla quru əlaqəsində ciddi problem yaranıb. Buna görə də silah təchizatını lazımınca yerinə yetirə bilmir. Həmasında sıradan çıxarılması Hizbullah üçün ciddi itki deməkdir. ABŞ və İsraili ən çox narahat edən isə husilərdir. İlk növbədə İsrail bu müddət Hizbullah və Həmasdan fərqli olaraq husilərə ciddi zərbə vura bilmədi. Hazırda Hizbullah və Həmasın İranla arasındakı əlaqələri təmin edən əsas yol məhz husilərin nəzarəti altındadır. Buna görə də hazırda ABŞ hazırda bu təşkilatı sıradan çıxarmaq istəyir. İkincisi isə əgər İrana qarşı hücum olarsa husilərin ABŞ müttəfiqi olan Körfəz ölkələrini və İsraili vura bilər. İrandan öncə husulərin sıradan çıxarılması ABŞ üçün vacibdir. Ancaq Hizbullah və Həmasdan fərqli olaraq husilərə qarşı quru əməliyyatı bir qədər təhlükəlidir. Ona ki, digər iki təşkilatdan fərqli olaraq Ənsurullah qruplaşması bir - birinə yaxın qohum olan qəbilələrin birləşməsidir. Onlar ideologiyadan daha çox sıx qohumluq bağlayır. Belə olan halda husilərə parçalamaq çətin məsələdir. Xüsusilə nəzərə alaq ki, Ərəbistan yarımadasında qan qohumluğu mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan ABŞ - nin Yəmənə qoşun göndərmək qərarı 21 - ci əsrin tarixinə ən dəhşətli müharibələrdən biri kimi düşə bilər. Zeynal Əmrəliyev visiontv.az
    Click here to Read more
    Prev Article
    Papa Fransiskin dəfn olunacağı kilsənin qarşısında anım mərasimi keçirilib
    Next Article
    Komediya aktyoru Komissarenko Belarusda beynəlxalq axtarışa verilib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment