Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    ABŞ-ın yeni tarif siyasəti neft bazarına təzyiq yaradır -"Moody’s"

    1 week ago

    3

    0

    ABŞ-ın tətbiq etdiyi yeni tarif siyasəti qlobal enerji bazarına və iqtisadi sabitliyə təsir göstərməyə başlayıb. Finss.az-ın məlumatına görə, bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyi məlumat yayıb. Agentlik bildirib ki, ticarət müharibəsi ilə bağlı artan narahatlıqlar dünya üzrə iqtisadi artım tempini zəiflədir və nəticədə neftə olan tələbat azalır. "Qlobal iqtisadi aktivliyin yavaşlaması neft bazarına mənfi təsir göstərir. Digər tərəfdən, OPEC+ ölkələrinin hasilatı artırmaq qərarı bazarda əlavə təklif yaradır və bu, qiymətlərin aşağı yönlü hərəkətinə səbəb olur", – deyə "Moody’s" qeyd edib. Agentliyin hesabatına əsasən, bu təsirlərin fonunda Brent və WTI markalı neftin qiyməti apreldə müvafiq olaraq 65 və 62 dollar səviyyəsinədək geriləyib. "Moody’s" 2025-ci ildə də neftin qiymətinin nisbətən aşağı və dəyişkən qalacağını proqnozlaşdırır. Əgər OPEC və OPEC+ hasilat məhdudiyyətlərini mərhələli şəkildə aradan qaldırmaq siyasətini davam etdirsə, ilin ikinci yarısında bazarda neft ehtiyatlarının artacağı gözlənilir. Bu isə qiymətlərin daha da təzyiq altında qalmasına səbəb ola bilər. Qeyd edək ki, neft qiymətlərində davam edən qeyri-sabitlik, xüsusilə enerji ixracatçısı olan ölkələrin fiskal mövqeləri və bank sektoru üçün əlavə risklər yaradır. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    "Unibank Kommersiya Bankı" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib
    Next Article
    Azərbaycan və region ölkələri iqtisadi təzyiqlərə daha hazırlıqlıdır – "Moody’s"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment