Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

    1 week ago

    3

    0

    Qeyri-kommersiya təşkilatı olan "Fair Tax Foundation" (FTF) son on il ərzində ABŞ-ın altı ən iri texnologiya korporasiyasını ümumilikdə 278 milyard dollar vergi ödəməməkdə ittiham edib.  Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. FTF-in hesablamalarına əsasən, "Amazon", "Meta", "Alphabet", "Netflix", "Apple" və "Microsoft" ümumilikdə 11 trilyon dollar gəlir əldə ediblər. Bu müddətdə onların xalis mənfəəti isə 2,5 trilyon dollar təşkil edib. Araşdırmaya görə, sözügedən şirkətlərin ABŞ-da ödədiyi orta vergi dərəcəsi 18,8% olub. Lakin əvvəlki vergi yayınmalarına görə edilmiş birdəfəlik ödənişlər istisna edildikdə, bu göstərici daha da azalır və cəmi 16,1%-ə enir. Müqayisə üçün qeyd olunur ki, bənzər gəlir səviyyəsinə malik digər Amerika şirkətləri orta hesabla 29,7% vergi ödəyiblər. FTF-in məlumatına görə, ən aşağı vergi dərəcəsi "Netflix" şirkətinə məxsusdur - şirkət yalnız 14,7% mənfəət vergisi ödəyib. Ən yüksək göstərici isə "Microsoft" şirkətinə aiddir - son on ildə bu şirkət xalis mənfəətinin 20,4%-ni ABŞ büdcəsinə vergi kimi ödəyib. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    “Mərkəzlərdə evlərin qiyməti fantastikdir” -Millət vəkilindən etiraz
    Next Article
    İçki və tütün sektoru 3 aya yarım milyarddan çox qazandırdı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment