Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    ABŞ fond bazarlarında çöküş

    1 week ago

    6

    0

    Finss.az - ABŞ fond bazarları FED rəhbəri Cerom Pauellin bəyanatları və texnologiya nəhəngi Nvidia-nın Çinlə bağlı ixrac xəbərdarlığından sonra çərşənbə günü ticarət sessiyasını ciddi itkilərlə başa vurub. Çikaqoda keçirilən tədbirdə çıxış edən Pauell bildirib ki, FED ticarət müharibələrinin təsiri altında inflyasiyanın sabitliyi və məşğulluğun qorunması istiqamətində qərar verməkdə çətinlik çəkə bilər. O, eyni zamanda ABŞ hökumətinin tarif siyasətinin nəticələrinin hələlik qeyri-müəyyən olduğunu vurğulayıb və bazarlara birbaşa müdaxilə etməyi düşünmədiklərini açıqlayıb. ABŞ-da mart ayında pərakəndə satışlar 1,4% artaraq son bir ilin ən yüksək göstəricisinə çatsa da, sənaye istehsalı 0,3% azalıb. Bu fonda investorlar həm də Ümumdünya Ticarət Təşkilatının dünya ticarəti ilə bağlı proqnozunu kəskin pisləşdirməsinə reaksiya veriblər. ÜTT bu il üçün dünya ticarətində 0,2% azalma gözləyir. Bazarların enişində əsas rolu texnologiya şirkətlərinin səhmlərindəki ciddi ucuzlaşma oynayıb. Nvidia-nın Çin bazarına çip ixracı ilə bağlı yeni məhdudiyyətlər səbəbindən milyardlarla dollar itirə biləcəyi xəbərindən sonra şirkətin səhmləri 7%-ə yaxın dəyər itirib. Eyni zamanda AMD (-7,4%) və Micron Technology (-2,4%) kimi digər çip istehsalçılarının da səhmləri azalıb. Texnologiya sektorunda digər böyük şirkətlərin də bazar dəyəri aşağı düşüb. Apple (-3,9%), Microsoft (-3,7%), Amazon (-2,9%) və Alphabet (-1,9%) səhmləri də eniş nümayiş etdirib. Sığorta, aviasiya və səhiyyə sektorlarında isə qarışıq dinamika müşahidə olunub. Travelers Cos. gəlirlərinin artmasına baxmayaraq, meşə yanğınları ilə bağlı kompensasiyalar səbəbilə mənfəət itkiləri ilə üzləşib. Abbott Laboratories isə səhiyyə sektorunda müsbət nəticələr açıqlayaraq səhmlərinin 2,8% bahalaşmasına səbəb olub. Eyni zamanda Hertz Global Holdings-in səhmləri, Bill Akmanın fondunun şirkətdə pay alması fonunda 56% artıb. Bazar indeksləri günün sonunda aşağıdakı kimi bağlanıb: Dow Jones – 1,73% azalıb, 39.669 bənd S&P 500 – 2,24% azalıb, 5.275 bənd Nasdaq – 3,07% azalıb, 16.307 bənd
    Click here to Read more
    Prev Article
    Azərbaycanın Avstraliyaya investisiyaları 3,1 dəfə artıb
    Next Article
    Ceymi Deymon: ABŞ-Çin əməkdaşlığı təcili başlamalıdır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment