Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    ABŞ-da Tramp - Ali Məhkəmə savaşı: nə baş verir?

    1 week ago

    4

    0

    Kimdir Kilmar Armando Abrego Garcia? Kilmar Armando Abrego Garcia Salvador vətəndaşıdır. 2011-ci ildə, cəmi 16 yaşında olarkən, cinayətkar dəstələrin təhdidlərindən qaçaraq ABŞ-a sığınıb. Merilend ştatında məskunlaşıb, tikinti sahəsində işləyib və 2019-cu ildə ABŞ vətəndaşı olan Cennifer Estefania Vasqez Sura ilə evlənib. Cütlüyün üç övladı var – hamısı ABŞ vətəndaşıdır. 2019-cu ildə Abrego polis tərəfindən saxlanılıb, cinayətkar dəstəyə üzvlükdə şübhəli bilinsə də, ona qarşı heç bir ittiham irəli sürülməyib və məhkum olunmayıb. Sonradan immiqrasiya məhkəməsi Abregonu "cəmiyyət üçün təhlükəli" hesab etsə də, Salvadorda ona qarşı real təhlükə olduğu üçün deportasiya edilməməsinə qərar verib. Məsələnin qızğın nöqtəsi: Deportasiya və onun nəticələri 12 mart 2025-ci ildə Abrego ICE (Daxili Təhlükəsizlik Nazirliyinə bağlı Miqrasiya Polisi) tərəfindən Merilenddə saxlanılıb və 15 martda məhkəmə qərarına zidd olaraq Salvadora deportasiya olunub. O, orada dərhal CECOT-a – dünyanın ən sərt həbsxanalarından birinə – yerləşdirilib və o vaxtdan bəri istintaqsız və məhkəməsiz saxlanılır. Məğz: ABŞ-da qanuni yaşayan, amerikalı ailəsi olan bir şəxsin, heç bir məhkəmə qərarı olmadan, zorla saxlanılıb deportasiya edilməsi və xarici həbsxanaya göndərilməsidir. Ali Məhkəmənin reaksiyası 10 aprel 2025-ci ildə ABŞ Ali Məhkəməsi yekdilliklə (9-0 nisbətilə) qərar verib ki, Kilmar Armando Abrego Garcia ABŞ-a geri qaytarılmalıdır. Buna cavab olaraq, Dövlət katibi Rubio və Baş Prokuror Pem Bondi bildiriblər ki, Abrego hazırda xarici ölkədədir və bu məsələ ABŞ-ın xarici siyasəti müstəvisində dəyərləndirilməlidir. Onların fikrincə, xarici siyasət Ağ Evin səlahiyyətindədir və məhkəmələr bu sahəyə müdaxilə edə bilməz. Absurda baxın: ABŞ ərazisində saxlanılıb zorla deportasiya edilən bir şəxsin işi "xarici siyasət" kimi qiymətləndirilir və hökumət məsuliyyətdən yayınmağa çalışır. Ağ Evin mətbuat katibi Levitt isə Abregonu “xarici terr*rçu” adlandırıb. Bu ifadəyə hansı məhkəmə qərarı əsas verir? Levitt hansı hüquqi baza ilə belə bir bəyanat verib? Cavab yoxdur. Bu hadisə Tramp administrasiyasının mövqeyini ortaya qoyur: onun göstərişi ilə istənilən şəxs heç bir istintaq və məhkəmə olmadan “terrorçu” elan oluna bilər və buna etiraz edən olmayacaq. Federal məhkəmə nə deyir? 15 aprel tarixində federal hakim Paula Ksinis qərar verib ki, Tramp administrasiyasının vəzifəli şəxsləri – o cümlədən miqrasiya orqanları – Ali Məhkəmənin Abregonun geri qaytarılması ilə bağlı qərarına əməl edib-etmədiklərini müəyyən etmək üçün and içərək ifadə verməlidirlər. Hakim Ksinis qeyd edib ki, bu şəxslər Ali Məhkəmənin açıq göstərişinə qarşı çıxaraq, Abregonun geri qaytarılmasından dəfələrlə imtina ediblər. Ksinis həmçinin 14 apreldə Ağ Ev rəsmilərinin və Salvador prezidentinin “Abregonu geri qaytarmaq mümkün deyil” açıqlamalarını rədd edərək bildirib: “Ali Məhkəmə artıq öz sözünü deyib”. Kamran Cəfərov visiontv.az
    Click here to Read more
    Prev Article
    Neapolda funikulyorun çökməsi nəticəsində azı 3 nəfər ölüb
    Next Article
    Defense tech Theseus landed Y Combinator, the US Special Forces and $4.3M from a tweet

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment