Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    ABB-nin xalis mənfəəti 15 milyon manata yaxın azalıb

    1 week ago

    4

    0

    Azərbaycan Beynəlxalq Bankı – "ABB" 2025-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Valyuta.az xəbər verir ki, bu ilin birinci rübündə bank ümumilikdə 14 milyon 329 min 641 manat xalis gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 140 min 338 manat və ya 8,6% artım deməkdir. Bankın faiz gəlirləri cari ilin birinci rübündə 257 milyon 668 min manat təşkil edib. 2024-cü ilin eyni dövründə bu göstərici 209 milyon 525 min manat olub. Beləliklə, faiz gəlirlərində 48 milyon 143 min manat və ya 23% artım qeydə alınıb. Bu artım əsasən müştərilərə verilmiş kredit portfelindəki ciddi genişlənmənin nəticəsidir. Həmin göstərici birinci rüb üzrə 191 milyon 398 min manat olub. "ABB"-nin faiz xərcləri isə 83 milyon 551 min manat təşkil edib. 2024-cü ilin birinci rübündə bu göstərici 43 milyon 400 min manat idi. Beləliklə, faiz xərcləri 40 milyon 151 min manat və ya təxminən 92,5% yəni 2 dəfəyə yaxın artıb. Faiz xərclərinin əsas hissəsini depozitlər üzrə faizlər təşkil edir. Bu göstərici cari ilin birinci rübündə 67 milyon 21 min manat, keçən ilin eyni dövründə isə 32 milyon 288 min manat olub. Artım 34 milyon 733 min manat və ya 107,5%, yəni 2 dəfədən çox təşkil edib. Bankın xalis faiz gəliri 2025-ci ilin birinci rübü üçün 170 milyon 320 min manat olub. 2024-cü ilin birinci rübündə bu göstərici 163 milyon 760 min manat səviyyəsində idi. Beləliklə, 6 milyon 560 min manat və ya 4% artım müşahidə olunub. Qeyri-faiz gəlirləri cari ilin ilk rübündə 77 milyon 433 min 640 manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 67 milyon 635 min 560 manat idi. Müqayisədə 9 milyon 798 min 80 manat və ya 14,5% artım olub. Qeyri-faiz gəlirlərinin əsas hissəsini alınan haqq və komissiya gəlirləri təşkil edir. 2025-ci ilin birinci rübündə bu mənbədən 51 milyon 930 min manat, 2024-cü ilin birinci rübündə isə 55 milyon 222 min manat gəlir əldə edilib. Bu istiqamət üzrə 3 milyon 292 min manat və ya 5,96% azalma qeydə alınıb. Bankın qeyri-faiz xərcləri isə bu dövrdə 130 milyon 165 min manat təşkil edib. 2024-cü ildə bu göstərici 96 milyon 595 min manat idi. Beləliklə, 33 milyon 570 min manat və ya 34,7% artım olub. Son olaraq, "ABB"-nin xalis mənfəəti 2025-ci ilin ilk rübündə 65 milyon 664 min manat təşkil edib. Bu göstərici ötən ilin birinci rübündə 80 milyon 607 min manat olub. Beləliklə, xalis mənfəətdə 14 milyon 943 min manat və ya 18,5% azalma baş verib. Qeyd edək ki, "ABB" 1992-ci ildən bəri tam səhmdar cəmiyyət kimi fəaliyyət göstərir. Sərvanə Rəmixanova 
    Click here to Read more
    Prev Article
    Yeni Star Wars Oyunu "Zero Company" Duyuruldu (Birçok Oyuncuyu Üzecek)
    Next Article
    Əhalinin nominal gəlirləri 20 milyardı keçdi - Rəsmi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment