Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı

    1 week ago

    4

    0

    Finss.az - 2025-cü ilin I-ci rübündə ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 335,1 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.9% və ya 57.9 milyon manat çoxdur. ABB-nin əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2024-cü ilin I-ci rübü ilə müqayisədə 73 milyon 720 min manat və ya 52,7% artaraq  213 milyon 717 min manat təşkil edib. Hesabat dövrü ərzində ABB-nin mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 40.6 milyon manat olub ki, bu da 2024-cü ilin I-ci rübü ilə müqayisədə 6,4 milyon manat çoxdur. ABB 2025-ci ilin I-ci rübünü 65 milyon 665 min manat xalis mənfəətlə başa vurub. BANKIN KREDİT PORTFELİ BÖYÜYÜB ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2024-cü ilin sonu ilə müqayisədə 1,86% və ya 118,1 milyon manat artaraq 6,5 milyard manata çatıb. 2024-cü  ilin sonu ilə müqayisədə biznes kreditləri portfeli 37 milyon 789 min manat artaraq 3 milyard 147 milyon 35 min manata yüksəlib. MƏCMU KAPİTALI 1,8 MİLYARD MANAT TƏŞKİL EDİB 31 mart 2025-ci il tarixində ABB 1 milyard 817 milyon 983 min manat məcmu kapitala malik olub. Birinci rüb ərzində ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 18.64%, məcmu kapitalının adekvatlıq əmsalı isə 19.31% təşkil edib. Bu göstəricilər tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq sistem əhəmiyyətli banklar üçün minimum 6.5% və 12.5%) əhəmiyyətli şəkildə yüksəkdir. 31 mart 2025-ci il tarixində ABB-nin cəmi aktivləri 14,33 milyard manat, öhdəlikləri isə 12,21 milyard manat olub. ABB BU İL REKORD MƏBLƏĞDƏ, 200 MİLYON MANAT DİVİDEND ÖDƏMƏYİ NƏZƏRDƏ TUTUB 07 may 2025-ci il tarixində Bankın Səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək. Bank səhmdarlarına 200 milyon manat dividend ödənilməsini təklif edib. 7 may tarixində, Səhmdarların Ümumi Yığıncağında bununla bağlı müsbət qərar qəbul edilərsə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6% olacaq. Zemfira Ms Finss.az  
    Click here to Read more
    Prev Article
    Xəstəxanaya yerləşdirilən Əməkdar artistin qardaşı danışdı - "Evə buraxılacağı məlum deyil"
    Next Article
    İcraçı direktor Parisin ittihamlarına cavab verib: Fransa hökuməti BTQ əleyhinə riyakar verilişlər sifariş edir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment