Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    60 həkim baş psixiatrdan nazirə şikayət etdi: "Aqressivlik edir..."

    2 days ago

    3

    0

    Azərbaycanda 60-a yaxın həkim psixiatr Respublikanın baş psixiatrı Teymur Qafarovdan səhiyyə naziri Teymur Musayevə şikayət edib.  Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirə olunan şikayətdə bildirilib ki, Teymur Qafarov ölkənin baş psixiatrı olsa da, onun nə pandemiya, nə də müharibə dövründə fəaliyyətini görməyiblər.  İddia olunub ki, sertifaksiya imtahanı üçün baş psixiatrın yanına gedən uzman psixiatr həkimlərə qarşı Teymur Qafarov çox aqressivlik nümayiş etdirib və kursdan keçmələrinə mane olub.  Daha bir məlumata görə, həkim psixiatrların Teymur Musayevə şikayətindən sonra Səhiyyə Nazirliyi tərəfindən onların çalışdıqları klinikalarda yoxlamalar aparılır.  Səhiyyə Nazirliyi Qaynarinfo-nun məsələ ilə bağlı sorğusuna belə cavab verib: "Sorğunuza cavab olaraq bildiririk ki, qeyd edilən məsələ ilə bağlı Səhiyyə Nazirliyinə yalnız bir həkim psixiatr Əmrah Abdullayev tərəfindən şikayət daxil olub. Şikayət Səhiyyə Nazirliyi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən ətraflı araşdırılıb və nəticə barədə şikayətçiyə cavab verilib. Şikayətçi verilən cavabdan narazı qalarsa müvafiq qaydada aidiyyəti qurumlara da müraciət etmək hüququndan istifadə edə bilər".
    Click here to Read more
    Prev Article
    Boris Conson Trampın Ukrayna ilə bağlı "sülh planı"nı tənqid etdi
    Next Article
    Başqırdıstanda sərxoş yeniyetmə tərəfindən döyülən uşaq xəstəxanada ölüb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment