Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    555 milyon illik dəniz orqanizmi kəşf edildi

    1 week ago

    3

    0

    Florida Universitetinin alimləri planetin müstəqil hərəkət edə bilən ən yaşlı sakinlərindən birinin fosili aşkar ediblər. Təxminən 555 milyon il yaşı olan canlıya Quaestio simpsonorum adı verilib.  HİT.az xəbər verir ki, bu kəşf "Evolution & Development" (Evo & Dev) jurnalında dərc olunan elmi məqalədə təsvir edilib. Quaestio simpsonorum çoxhüceyrəli orqanizmlərin təkamülündə mühüm mərhələ olan aydın sol-sağ asimmetriyası ilə sələflərindən fərqlənir. Alimlərin fikrincə, bu, Yer kürəsində müstəqil hərəkət edə bilən ilk canlılardan biridir və bu, tapıntını həyatın ilkin mərhələlərini öyrənmək üçün xüsusilə qiymətli edir. Tədqiqatçıların fikrincə, məxluq dəniz canlısı olub və sual işarəsinə bənzəyirdi: onun ölçüsü fosili ovucun içinə sığdırmağa imkan verir. Alimlər təkcə daşlaşmış qalıqların özlərini deyil, həm də bu sirli qədim məxluqun həyat tərzini yenidən yaratmağa kömək edən alt daş plitələrdə onun hərəkətlərinin aydın izlərini aşkar ediblər. Tapılan izlərə əsasən, Quaestio simpsonorum müasir tozsoran kimi mikroskopik yosunlardan, bakteriyalardan və digər mikroorqanizmlərdən qida maddələrini udaraq dəniz dibi ilə yavaş-yavaş hərəkət edib. Samir
    Click here to Read more
    Prev Article
    Gürcüstan, Azərbaycan və Ermənistan XİN rəhbərləri müavinlərinin görüşü keçirilir
    Next Article
    ABŞ ilə Çin arasındakı ticarət savaşı necə yekunlaşacaq? - PROQNOZ

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment