Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “52 min kompensasiya verilir, heç birotaqlı həyət evi də ala bilmərəm” - Video

    1 week ago

    4

    0

    Bakının Xətai rayonu Oksigen küçəsi ev 1 ünvanında yaşı 135-dən çox olan bina qəzalı vəziyyətdə olduğu üçün söküntüsü planlaşdırılır. Lakin vətəndaşlar kompensasiya ilə razılaşmır. Valyuta.az xəbər verir ki, İctimai TV sözügedən ərazidən süjet hazırlayıb. Sakinlərin sözlərinə görə, həmin kompensasiyaya heç yerdən ev tapmaq olmur: “Evimin sahəsi 34,8 kvadratdı, 52 200 manat pul düşür. Mən bu məbləğə heç ətrafımda birotaqlı həyət evi də ala bilmərəm. İstəyim odur ki, kompensasiyanı artırsınlar. Gəlib kvadratıma uyğun pul versinlər”. Digər bir şikayətçi isə evinin 60 kvadrata yaxın olduğunu, 90 min manat kompensasiya verildiyini söyləyib: “Ancaq bu pulla ev almaq mümkün deyil. Bizə normal, bazar qiymətinə uyğun kompensasiya verilsin, biz də çıxaq. Burada sadəcə 5-6 ailə razılaşaraq köçüb. Buna səbəb isə onların kənarda evlərinin olmasıdır”. Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, təklif olunan məbləğlə yalnız 8 ailə razılaşıb, köçüb: “Qiymətləndirmə prosesi RİH tərəfindən aparılmır. Bunun üçün müvafiq qurumlar var. Onlar ərazi üzrə baxış keçirir, hansı qiymət lazımdırsa, onu vətəndaşlara təklif edirlər. Narazı olan şəxslər məhkəməyə və müvafiq qurumlara müraciət edə bilərlər”. Başqa bir ərazidə də söküntüsü planlaşdırılan binanın vətəndaşları eyni problemdən şikayətçidirlər. Belə ki, Binəqədi rayonu Ağa Nemətulla 13 küçəsində də sakinlər verilən kompensasiya ilə razılaşmayıblar. Onlar təklif edilən məbləğlə ev ala bilməyəcəklərini bildiriblər. Daha ətraflı videomaterialda: 
    Click here to Read more
    Prev Article
    Məqsəd tapşırıqla vəzifələri ələ keçirən şəxsləri saxlamaqdır - Deputat
    Next Article
    İlham Əliyev Çinə dövlət səfərinə gedib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment