Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    5 cür pul xərcləyən insan tipi var - Kimlər necə xərcləyir? -SƏHƏR OXUSU

    2 days ago

    4

    0

    Pul təkcə alış-veriş vasitəsi deyil - o, insanın dünyaya baxışını, ehtiyaclarını və şəxsiyyətini əks etdirən bir güzgüdür. Psixoloqlar və iqtisadçılar uzun illərdir ki, insanların pul xərcləmə vərdişlərinin onların şəxsiyyət tipləri ilə sıx bağlı olduğunu göstərən araşdırmalar aparır. Əgər biri qənaətcildirsə, digəri xərcləməyə meyllidir. Bu fərqliliklərin kökündə isə yalnız maddi vəziyyət deyil, həm də insanın şəxsiyyət xüsusiyyətləri dayanır. Xərcçi (Spender) - “Bu gün varıq, sabah bilinməz” Bu tip insanlar üçün pul bir vasitədir - əylənmək, yaşamaq, sosiallaşmaq və özünü ifadə etmək üçün. Onlar yeni şeylər almağı sevirlər və çox vaxt alış-veriş edərkən plan qurmazlar. Xüsusilə emosional vəziyyətlərdə (xoşbəxtlik, stress, sıxıntı) bu insanlar impulsiv şəkildə pul xərcləyə bilərlər. Onlar üçün “dəyər” maddi əşyalardan çox, o an yaşanan hisslərə bağlıdır. Qənaətçi (Saver) - “Qəpik qəpik yığ, gün gələr doya-doya xərclə” Bu insanlar isə pul xərcləməyi deyil, yığmağı üstün tuturlar. Onlar büdcə planlaşdırmasına önəm verir, gələcəkdə ehtiyac ola biləcək hallar üçün ehtiyat yaradırlar. Onların əsas motivasiyası təhlükəsizlik və sabitlikdir. Bəzən isə bu qənaət meyli o qədər güclü ola bilər ki, hətta zəruri ehtiyaclar belə təxirə salınar. Təhlükəsiz xərcləyən (Security-focused spender) - “Məncə, əvvəl düşünək” Bu tip insanlar balanslı və planlı xərcləməyi seçir. Hər şeyin əvvəlcədən planlaşdırıldığı, riskin minimuma endirildiyi bir pul idarəçiliyi modelinə sadiq qalırlar. Onlar üçün alış-veriş bir ehtiyac nəticəsində və analiz əsasında baş verir. Emosional təsirlərə çox da açıq deyillər. Status yönümlü xərcləyən (Status spender) - “Brend mənim dəyərimdir” Bu şəxsiyyət tipinə sahib olan insanlar üçün pul sosial statusu nümayiş etdirməyin vasitəsidir. Onlar bahalı brendlərə, texnoloji yeniliklərə və sosial mediada paylaşmağa dəyər məhsullara üstünlük verirlər. Bəzən bu xərcləmə davranışı “başqaları nə düşünər?” sualına cavab olaraq formalaşır. Verici (Generous giver) - “Paylaşmaq rifahdır” Bu insanlar başqalarına kömək etməyi, hədiyyə almağı və ehtiyacı olanlara yardım etməyi sevərlər. Onların puldan gözləntiləri fərqlidir - şəxsi məmnunluqdan çox, başqalarını sevindirməkdən zövq alırlar. Bu tip insanlar tez-tez sosial məsuliyyət hissi güclü olan və empatiya qabiliyyəti yüksək olanlardır. Leyli
    Click here to Read more
    Prev Article
    Where Bruce Lee Practiced on the Roof, a Shrine to Old Hong Kong Rises
    Next Article
    Türkiye’yi farklı lige taşıdık

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment