Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    3 ayda 13 ölkəyə 3.3 milyard dollarlıq neft ixrac olundu – Ən çox və ən az alan ölkələr

    1 week ago

    3

    0

    Bu ilin yanvar-mart aylarında Azərbaycan 13 ölkəyə ümumilikdə 6 milyon 11,5 min ton xam neft ixrac edib. Finss.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən xəbər verir ki, ixracın ümumi dəyəri 3 milyard 336,7 milyon ABŞ dolları təşkil edib. İtaliya – Azərbaycanın neft bazarında əsas tərəfdaş İtaliya 2024-cü ilin ilk üç ayında Azərbaycanın əsas neft alıcısı olaraq mövqeyini qoruyub. Bu ölkəyə 3 milyon 55,6 min ton həcmində neft göndərilib. İtaliya bu idxal üçün Azərbaycana 1 milyard 702,8 milyon dollar ödəyib. Çexiya və Almaniya ilk üçlükdə yer alıb Neft ixracı üzrə siyahının ikinci pilləsində Çexiya qərarlaşıb – 558,7 min ton neft üçün 304,7 milyon dollar ödəniş həyata keçirilib. Almaniya isə 500 min ton neft idxal etməklə 276,5 milyon dollar dəyərində neft alıb və üçüncü yerdə yer alıb. Top 10 ixrac bazarı və göstəricilər № Ölkə Miqdar (ton) Dəyər (min $) 1 İtaliya 3 055 572.87 1 702 838.31 2 Çexiya 558 693.27 304 667.44 3 Almaniya 500 001.10 276 544.77 4 Xorvatiya 428 402.79 238 672.29 5 Rumıniya 403 928.34 224 820.31 6 Portuqaliya 353 986.48 189 929.36 7 İrlandiya 228 754.91 121 695.73 8 Böyük Britaniya 130 604.90 73 435.95 9 İsveçrə 89 696.92 53 857.85 10 Yunanıstan 94 445.69 52 588.25 ... ... ... ... Türkiyə sonuncu sırada – cəmi 12 milyon dollarlıq neft alıb Qeyd edək ki, siyahının sonunda Türkiyə yer alıb. Bu ölkəyə cəmi 24 min ton neft ixrac olunub, statistik dəyəri isə 11,97 milyon dollar təşkil edib. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Qalalar şəhəri Giresun
    Next Article
    Azərbaycana idxal olunan avtomobillərin sayı və dəyəri artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment