Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "3 aya ingilis dilini öyrən", "4 aya rus dilində sərbəst danış" elanlarına inanaq?

    1 week ago

    6

    0

    Gündəlik istifadə etdiyimiz sosial şəbəkələrdə xarici dil ilə bağlı bəzi reklamlarla qarşılaşırıq. “3 aya ingilis dilini  tam öyrən”, “4 aya rus dilində sərbəst danış” başlıqlı bu elanlar insanlada bir düşüncə formalaşdırır. Həqiqətənmi, 3 aya ingilis və ya rus dilini mükəmməl öyrənə bilərəm? Bizim.Media-ya mövzu ilə bağlı fikirlərini bölüşən xarici dil mütəxəssisi Vüqar Məmmədovun sözlərinə görə “3 aya tam öyrən”, “4 aya sərbəst danış” və sair tipli reklamlar həddindən artıq şişirdilmiş və marketinq məqsədli olur: “Xarici dil öyrənmək kompleks və fərdi bir prosesdir, yəni hər kəsin öyrənmə tempi, əvvəlki bilik səviyyəsi, motivasiyası, gündəlik məşğuliyyəti və istifadə etdiyi metodlar fərqlidir. Əgər kimsə artıq bir baza biliklərinə malikdirsə, intensiv şəkildə öyrənirsə (gündəlik 3-4 saat aktiv məşğul olmaqla), mütəmadi olaraq dili dinləyir, danışır və yazırsa - bəli, 3-4 aya müəyyən səviyyəyə çatmaq mümkündür. Amma “tam öyrənmək” və ya “sərbəst danışmaq” dedikdə bu nəzərdə tutulmur. Hər kəsin “sərbəst danışmaq” anlayışı fərqli ola bilər”, - deyə o  əlavə edib. Əslində, dil öyrənmək bir marafondur, sprint deyil deyən mütəxəssis diqqətə çatdırıb ki, hər gün kiçik addımlarla irəliləyən, öyrəndiklərini tətbiq edən və davamlı şəkildə məşq edən biri, əlbəttə, uğura çatacaq:   “Amma “qısa müddətdə möcüzəvi nəticə” gözləmək – reallıqdan uzaqdır. Bəs bunun səbəbi nədir deyə soruşsanız? İnsanlar artıq yorulublar. Həm iqtisadi çətinliklərdən,  həm də bu qatma-qarışıq həyatdan… Dil öyrənmək onlar üçün sadəcə bir bacarıq deyil, çıxış yoludur, ümiddir. Ona görə də kim onlara “tez” və “asan” bir yol göstərirsə, inanmaq istəyirlər. Çünki çox vaxt inanmaqdan başqa çarələri qalmır. Amma təəssüf ki, real həyatda işlər belə tez və sadə getmir. Dil öyrənmək bir az da xarakter formalaşdırır, səbri, davamlılığı öyrədir. Bu prosesi keçmək də, nəticədə insana təkcə bir dil bilikləri yox, həm də bir özgüvən, mübarizə ruhu qazandırır”,- deyə mütəxəssis bildirib. O, eyni zamanda qeyd edib ki, bəlkə də gələcəkdə süni intellekt, tərcümə texnologiyaları, fərdi öyrənmə alqoritmləri bu prosesi daha da sürətləndirəcək. Amma o zamana qədər, yenə də “gündəlik zəhmət” əsas yoldur”.  
    Click here to Read more
    Prev Article
    İran və ABŞ danışıqlarının ikinci raundu bitdi
    Next Article
    Bank Respublika ABA-nın 35 illik yubileyinə həsr olunmuş tədbirdə mükafatlar qazandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment