Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    2025-ci ilin yaz-yay mövsümünün ən dəbli bəzək əşyaları - FOTO

    1 week ago

    3

    0

    Yaz və yay 2025-ci il mövsümünün bəzək tendensiyaları – bu təkcə görünüşü tamamlayan aksessuarlar deyil, həm də stilin, əhvalın və həyat mövqeyinin manifestidir.  HİT.az xəbər verir ki, bu mövsüm dizaynerlər sadəlik və minimalizmdən uzaq durmağı, əvəzində cəsarətli, diqqətçəkici və yaradıcı bir yola qədəm qoymağı təklif edirlər. Sırğalar Sırğalar bu mövsüm bir növ incəsənət obyektinə çevrilir. Asimmetrik dizaynlar, heykəltəraş formalı detallarla zənginləşdirilmiş sırğalar, qeyri-bərabər xətlər və teksturalar ön plandadır. Tək qulaqda iri və diqqətçəkən bir sırğa taxmaq – bu ilin əsas trendidir. Şüşə və rəngli akrildən hazırlanmış, "əl işi" effekti yaradan modellər xüsusilə aktualdır. Kolyelərdə maksimalizm Zəncirlər bu dəfə daha iddialı qayıdır – XXL ölçülü modellər yenidən gündəmdədir. Nə qədər iri və maraqlı formadadırsa, bir o qədər dəbli sayılır. Metal qarışıqları, mirvarilər, emal detallar və amulet asqıları kolyeləri görünüşün əsas qəhrəmanına çevirir. Rəngli daşlar və şüşə Bu mövsümün açar sözü – parıltı və rəngdir. Böyük ölçülü, parlaq rəngli şüşə daşlarla işlənmiş bəzəklər (zümrüd yaşılı, mərcan çəhrayısı, firuzəyi, limon sarısı) istər yay paltarları, istərsə də monoxrom kostyumlarla mükəmməl uyğunlaşır. Mirvari – klassikanın transformasiyası Mirvari bu mövsüm dəbdə qalır, lakin yeni bir şəkildə: qeyri-adi formalarda, fərqli çərçivələrdə, dəri, zəncir və parça elementləri ilə birgə təqdim olunur. Belə bəzəklər həm gündəlik, həm də axşam geyimlərini intellektual eklektika ilə tamamlayır. Təbiətdən ilham alan bəzəklər Güllər, yarpaqlar, ilbiz qabıqları və hətta miniatür həşəratlar – təbiət temalı dizaynlar yenidən populyardır. Gül formasında broşlar, sarmaşıq görünüşlü bilərziklər, böcəkli üzük və tük formalı sırğalar – hər biri öz simvolikasını daşıyır və fərdiyyətçiliyi ifadə edir. Gündəlik üçün bilərziklər Bilərziklər müxtəlif formalarla diqqət çəkir: qulaq üçün "kaf" tipli modellər, şüşə və akrildən hazırlanmış geniş bilərziklər, eləcə də incə zəncirlər üzərində asqılı versiyalar. Simmetriyadan uzaq kombinlər və bir neçə bilərziyin eyni anda taxılması bu mövsümün əsas dəb qaydasıdır. Samir
    Click here to Read more
    Prev Article
    Çavuşoğlunun atası vəfat etdi
    Next Article
    Pul qazanmaq üçün yaşlılardan istifadə etməyin

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment