Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra statusu açıqlanıb

    1 week ago

    4

    0

    Mərkəzi Bankın İdarə Heyəti tərəfindən ötən il təsdiqlənmiş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra statusu açıqlanıb. Belə ki, Strategiyada maliyyə sektoru üzrə müəyyənləşdirilmiş strateji fəaliyyətlərin icrasına dair hesabat hazırlanaraq Mərkəzi Bankın rəsmi veb-səhifəsində yerləşdirilib. Finss.az xəbər verir ki, hesabatda 31 dekabr 2024-cü il tarixinə plan üzrə icra olunan fəaliyyət istiqamətlərindən əlavə, həm də gecikən fəaliyyət istiqamətləri üzrə məlumatlar da öz əksini tapıb. Hesabatda, həmçinin hər sektor üzrə əsas nailiyyətlər, növbəti addımlar və ehtimal olunan kəmiyyət xarakterli potensialın 2024-cü ilin sonuna olan göstəriciləri üzrə təhlillər də qeyd olunub. Xatırladaq ki, üçillik Strategiya maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və maliyyə alətlərinin şaxәlәndirilməsi, sektorda sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, həmçinin şәffaflıq və dayanıqlılığının gücləndirilməsi kimi strateji məqsədləri özündə əks etdirir.  “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra statusu ilə bağlı hesabatı nəzərdən keçirmək üçün bu linkə daxil ola bilərsiniz://uploads.cbar.az/assets/f94012e342aab6662a06c1c91.pdf Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycan-Çin ticarəti 1 milyard dolları keçib
    Next Article
    Kino ulduzunun qızı milyonları güldürdü

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment