Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    20 manat borc verə bilərsən? - Yox da demək olmur, geri istəmək də

    1 week ago

    5

    0

    Ruzanna Bəşirova         Xərclər üzrə konsultant 20 manat borc verə bilərsən? Bu cümləni artıq demək olar ki, hər birimiz tez-tez eşitməyə başlamışıq.  İnsanlar başqalarından böyük məbləğdə borc götürə bilmədikləri üçün o məbləği hissələrə bölərək bir neçə nəfərdən kiçik məbləğlərdə istəməyə başlayıblar. Ən pis tərəfi odur ki, məbləğ kiçik olduğu üçün borc götürən qaytarmır, borc verən isə utandığından istəyib geri ala bilmir. Əslində, məsələn, 20 manatla ciddi ziyana düşmürük, amma bu hal təkrarlandıqda və bir neçə nəfər artıq bu cür yanaşdıqda, məbləğ böyüyür. Bir insanın çevrəsindəki 4-5 nəfər ondan 15-20 manat borc götürdükdə, bu, borc verən insan üçün aylıq 85-100 manat arası itirilən məbləğə çevrilir ki, bu isə heç də kiçik məbləğ deyil. Dövriyyədə olan kiçik məbləğdə götürülüb geri qaytarılmayan borcların miqdarı isə artır. Borc mövzusunda məsləhət gördüyümüz isə hətta etibar etdiyiniz insanlarla belə aranıza borc kimi bir məsələnin girməsinə imkan verməyin. Çünki proses elə gedə bilər ki, hətta cüzi bir məbləğə görə yaxşı münasibətləriniz də korlana bilər. Qaldı ki, borc götürənin vəziyyətinə, heç kimin 20 manatla həyatı dəyişmir və ya vəziyyəti ölüm-dirim məsələsinə çevrilmir. Əgər bir insan büdcəsini düzgün planlaya bilməyib kiçik məbləğdə borc götürmək istəyirsə, o insan sizin borcunuzu qaytarmayacaq. Və ən əsası hazırda kredit kartları və bank kreditləri çox əlçatandır. Bu cür hallarda ilk olaraq şəxsin niyə kredit kartlarından istifadə etmədiyini soruşmaq lazımdır. Əgər borcu nə üçün istədiyini və kredit kartının niyə olmadığını və ya istifadə etmədiyini əsaslı şəkildə izah edə bilsə, borc vermək artıq sizin şəxsi qərarınıza bağlıdır. Digər halda isə borc vermək tövsiyə olunmur. Şəxsi fikrimə gəldikdə isə, əməkhaqqının nə qədər az olmasından asılı olmayaraq düzgün büdcə planlaması etdikdə insanlardan borc almadan da keçinmək mümkündür. Ən pis hallarda isə bank krediti və ya kredit kartlarından istifadə etmək daha yaxşı effekt verir. İnsanlar bank kreditlərinə qarşı daha məsuliyyətlə yanaşır, nəinki dost-tanışdan alınan borcu geri qaytarmağa.
    Click here to Read more
    Prev Article
    Tesla whistleblower wins latest legal battle in fight against Musk
    Next Article
    Azərbaycana qızıl satan ölkələr - Siyahı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment