Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    1,87 milyard dollarlıq qənaət: Kütləvi ixtisarlar olacaq

    6 hours ago

    1

    0

    "Volvo Cars" şirkəti avtomobil sənayesinə artan ticarət gərginliyi və azalan istehlak tələbatı fonunda 1,87 milyard ABŞ dolları həcmində qənaət proqramı həyata keçirməyə hazırlaşır. Bu tədbirlərin nəticəsində işçi heyətinin ixtisarı da nəzərdə tutulur. Valyuta.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir. Şirkət bildirib ki, 2025 və 2026-cı illər üçün maliyyə göstəricilərinə dair proqnozlar artıq təqdim olunmayacaq. Xatırladaq ki, daha əvvəl Çin avtomobil brendi JAC-ın böyük maliyyə zərərləri ilə üzləşdiyi məlum olmuşdu. Belə ki, JAC və "Volkswagen" arasında yaradılmış birgə müəssisə çərçivəsində 1,3 milyard yuanlıq Çin investisiyası ilə buraxılan "ID.Unyx" modeli bazarda uğursuzluğa düçar olub. Bundan əlavə, JAC-ın Çin "Maybax"ı kimi təqdim olunan lüks "Maextro S800" sedan layihəsi də gözlənilən nəticəni verməyib. Platformanın hazırlanmasına 5,9 milyard yuan, istehsal infrastrukturunun qurulmasına isə əlavə 4 milyard yuan xərcləndiyi qeyd olunur. Avtomobilin təxminən 1 milyon yuan qiyməti ilə yay aylarında satışa çıxarılması planlaşdırılır. Lakin modelin bazarda nə dərəcədə populyar olacağı hələlik qeyri-müəyyəndir. Məlumata görə, JAC şirkəti 2024-cü ili 1,78 milyard yuan zərərlə başa vurub. Paşa Məmmədli  
    Click here to Read more
    Prev Article
    Bəzi miqrantların Azərbaycanda qalması sadələşib
    Next Article
    "Premium Bank”ın sabiq filial müdiri məhkəmə zalında həbs edildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment