Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır

    11 hours ago

    1

    0

    2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 817,3 ton kivi idxal olunub. Valyuta.az xəbər verir ki, bu idxal üçün ümumilikdə 579,66 min ABŞ dolları xərc çəkilib. Məlumata görə, kivi əsasən Çin Xalq Respublikasından, İran İslam Respublikasından və İtaliyadan gətirilib. Statistikaya əsasən, Çin Xalq Respublikasından Azərbaycana 21,39 ton kivi idxal edilib və bunun üçün 17,21 min ABŞ dolları xərc çəkilib. Beləliklə, bu ölkədən idxal olunan bir kiloqram kivinin qiyməti 0,80 dollar və ya 1 manat 36 qəpik təşkil edib. İran İslam Respublikasından isə 795,19 ton kivi gətirilib. Bu idxal üçün 556,63 min ABŞ dolları vəsait sərf olunub. Beləliklə, İrandan idxal edilən bir kiloqram kivinin qiyməti 0,70 dollar, yəni 1 manat 18 qəpik olub. İtaliyadan isə 0,73 ton (730 kiloqram) kivi idxal olunub. Bu miqdar üçün 5,82 min ABŞ dolları ödənilib. Nəticədə, İtaliyadan idxal olunan bir kiloqram kivinin qiyməti 7,97 dollar və ya 13 manat 55 qəpik təşkil edib. Statistik göstəricilərə nəzər salsaq, ən ucuz meyvə İran İR-dən və Çindən gətirilib. Ən baha kivi idxalı isə İtaliyadan olub. Hal-hazırda Azərbaycan bazarında kivinin qiyməti 4- 5 manat civarındadır. Bu da onu deməyə əsas verir ki, idxal olunan kivi bazarda idxal qiymətindən 3-4 dəfə baha satılır.  Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Azərbaycanda mehmanxanalardakı yerlərin 81%-i boş qalıb
    Next Article
    Bu tarixdən uşaqların I sinfə qəbulu başlayır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment