Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "07" ilə Nyu Nyork küçələrində gəzən azərbaycanlı kimdir? - VİDEO

    1 week ago

    3

    0

    Dünyanın ən məşhur şəhərlərindən biri sayılan Nyu Yorkda qeyri-adi bir hadisə maraqla qarşılanıb. Amerikada yaşayan azərbaycanlı gənc Kənan, Sovet istehsalı olan və Azərbaycanda daha çox "07” kimi tanınan VAZ 2107 markalı avtomobili ilə şəhər küçələrində dolaşaraq yerli sakinlərin və turistlərin diqqətini öz üzərinə çəkib. Sosial şəbəkələrdə yayılan görüntülərdə, "07"nin "Times Square" və "Brooklyn" körpüsü ətrafında sürülməsi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Hadisənin qəhrəmanı Kənan bildirir ki, bu avtomobil onun üçün yalnız bir nəqliyyat vasitəsi deyil, həm də doğma vətəni ilə bağlarını qoruyub saxlayan bir dəyərdir. "Bu maşını burada sürmək həm maraqlıdır, həm də qürurverici. Nyu Yorkda çoxları bu avtomobilə maraqla baxır, şəkil çəkdirir, suallar verir. Mən də çalışıram ki, vətənimizin ruhunu burada hiss etdirim”,-deyə Kənan bildirir. Kənan adlı gəncin "07” ilə şəhərdə gəzdiyi anlar sosial şəbəkələrdə minlərlə baxış və paylaşımla qarşılanıb.//Musavat.com
    Click here to Read more
    Prev Article
    Bu qayda 10 il qüvvədə olacaq – Prezident təsdiqlədi
    Next Article
    Aynişanın adından dələduzluq - FOTO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment